Atəşkəs əldə olundu
Azərbaycanın Müdafiə Nazirliyi aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə hərbi əməliyyatların dayandırıldığıbı bəyan edib.
Azərbaycan ordusunun bölmələri hazırda azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Bu barədə nazirliyin rəsmi saytı məlumat yayıb.
Prezident: “Əməliyyatlar dayanır, amma...”
“Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik ”.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyev aprelin 5-də belə deyib.
Nazir Mogherini ilə danışıb
Xarici işlər naziri Elmar Məmmədyarov təmas xəttində yaranmış son gərginliklə əlaqədar Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogherini ilə telefonla danışıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir qoşunların təmas xəttində yaranmış gərginlik ilə əlaqədar F.Mogherinini bilgiləndirib.
Həmsədrlər gəlir
Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Romen Nadal bildirib ki, ATƏT-in Qarabağ nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri yaxın günlərdə regiona səfər edəcəklər.
Bu haqda Turan RİA-Novosti-yə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, aprelin 9-da həmsədrlər Yerevana gələcəklər.