Cəbhədə sanitar maşın atəşə tutulub
Aprelin 7-də Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşını atəşə tutulub.
AZƏRTAC-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Natiq Əliyev bildirib. Onun deməsinə görə, sanitar maşın cəbhənin Ağdərə-Goranboy istiqamətində yaralanan və xəsarət alan mülki əhalini təxliyə edərkən atəşə tutulub.
Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Rusiya rəhbərləri niyə gəlir?
Keçmiş nazir müavini Sülhəddin Əkbər deyir ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasını istəyir: «Onda Qarabağı azad görmək istəyərkən, bütün Azərbaycanın müstəqilliyini itirmiş olarıq». Davamı
23 illik həsrət başa çatıb
Cəbrayıl rayonun Cocuqmərcanlı kəndinin sakinləri 23 ildən sonra doğma yurdlarında olublar.
«Report» xəbər verir ki, 23 il əvvəl həmin kəndi Ermənistan Silahlı Qüvvələri işğal ediblər. Bir il sonra kənd azad edilib. Ancaq ətraf yüksəkliklər yenə Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olduğundan Cocuqmərcanlıya getmək təhlükəli olub.
Bir neçə gün əvvəl isə Lələ Təpə yüksəkliyinin geri qaytarılması səbəbindən artıq kənd sakinləri üçün doğma yurdlarına getmək təhlükəsi aradan qalxıb.
Kənd sakinləri hərbçilərin nəzarəti altında qəbiristanlığı ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.
İtkin pilotlarla bağlı rəsmi açıqlama
Son hərbi əməliyyatlarda itkin düşdüyü bildirilən Azərbaycan hərbçilərinin tapılması üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə araşdırmaya başlanıb.
Bu haqda AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat veriblər.