Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:37

Çin Ayın görünməyən üzünə hərəkət edən stansiya göndərir


Çin ayın görünməyən hissəsinə zond göndərir
Çin ayın görünməyən hissəsinə zond göndərir

-

Kosmosun öyrənilməsində iddialı proqramı ilə seçilən Çin iki il sonra bu yöndə daha bir addım atmaq fikrindədir. O, Yerin peyki adlandırılan Ayın bizə görünməyən hissəsinə zond (avtomatik planetlərarası stansiya) endirəcək. Bu haqda rəsmi Xinhua agentliyi xəbər verir.

Yerin təbii peykinin tədqiqində yeni mərhələyə adlamaq niyyətində olan Çin bu prosesi Aya "Chang'e-3" ilə “yumşaq eniş” etdikdən sonra həyata keçirəcək.

37 İL SONRA AYA "YUMŞAQ ENİŞ"

2013-cü ilin dekabrında Çinin Chang'e-3 peyk-zondu bu ölkənin kosmonavtika tarixində ilk dəfə olaraq (Sovet İttifaqının 1976-cı ildə göndərdiyi “Luna-24” avtomatik planetlərarası stansiyasından 37 il sonra) Ayda “yumşaq eniş” etdi.

Kosmik qurğu altıtəkərli “Jade Rabbit” Ayda gəzən aparatını bu planetə endirdi. Aparat Yerin təbii peykinin geoloji strukturunu və qruntunu öyrənmək üçün proqramlaşdırılmışdı. Enişdən sonra o Yerə bir neçə rəngli şəkil göndərdi. Amma sonra sistemin mexaniki idarəsində qəza baş verdi və aparat yatmış rejimə keçdi.

Çinin elm, texnologiya və milli müdafiə sənayesi dövlət adminstrasiyasının (SASTIND) Ayın tədqiqi mərkəzininrəhbəri Liu Jizhongdeyir ki, Chang'e-4 adlandırılan Yeni zond Chang'e-3 –ün oxşarıdır, amma daha çox faydalı yük apara bilər:

“Kosmik gəmi Ayın görünməyən tərəfində geoloji şəraiti öyrənəcək”.

RADİOSİQNALLAR DA ARAŞDIRILACAQ

Çinin açıqladığı plana görə, Qravitasiya baxımından balanslaşdırılmış bölgəyə - Yer-Ay sisteminin L2 nöqtəsi ətrafında olan qalo-orbitinə peyk göndərəcək. Bundan sonra stasionar stansiyadan və Ayda gəzən qurğudan (lunoxod) ibarət “Chang'e-4” adlı aparat buraxılacaq.

KOSMİK FƏZANI ÖYRƏNMƏK ÇİNİN PRİORİTETİDİR

Ay ekspedisiyasının tədqiqatına bu planetin görünməyən hissəsində xüsusi elektromaqnit mühitində aşağıtezlikli radiosiqnalların araşdırılması daxildir. Agentlik dəqiqləşdirir ki, bu məqsədlə aşağıtezlikli radioşüalandırıcı spektroskop quraşdırılacaq.

Çinin kosmik fəzanın öyrənilməsində irəliyə getmək istəyi prezident Xi Jinping də daxil olmaqla bu ölkə rəhbərlərinin prioritetidir. İndiki lider həmişə ölkənin kosmik dövlət kimi özünü təsdiqinə çağırıb.
Çin həm də kosmik layihələrinin sülh məqsədli olduğunu bildirir.
Amma ABŞ Müdafiə Departamenti Çinin artan kosmik imkanlarını vurğulayaraq bildirir ki, bu ölkə böhran dövründə rəqiblərinin kosmik vasitələrdən istifadəsini önləmək üçün tədbirlər görür.

Ötən ilin martında Çin hökuməti bəyan edib ki, Ayın tədqiqi layihəsini geoloji-kəşfiyyat şirkətlərinə açıq elan edir. O, bu yolda yalnız dövlət sektoruna söykənmək istəmir, əlavə imkanlarlatexnoloji tərəqqini artırmaq ümidindədir.

“Xinhua” agentliyi deyir ki, Çin 2015-ci ilin əvvəlindəuzaq xarici ölkələrə axırıncı missiyası ilə bağlı “əməkdaşlıq məqsədilə məktub” göndərib. Amma kimə göndərməsi aydınlaşdırılmır.

XS
SM
MD
LG