Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:43

İşıq 17 faiz bahalaşdı [şərhlər]

Yeni qiymətlər

Azərbaycanda elektrik enerjisi bahalaşıb. Tarif Şurasının iyulun 14-də keçirdiyi iclasda müəyyənləşib ki, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,2 qəpikdən 4,3 qəpiyə, pərakəndə satış tarifi isə 6 qəpikdən 7 qəpiyə qaldırılıb.

İclasda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin müraciətləri əsasında ölkə daxilində elektrik enerjisi tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. (Ətraflı0

İlham Şaban: "Əslində belə deyil" (Audio)

"Hökumət bu artımı əhaliyə xidmət səviyyəsinin artırılması, elektrik verilməsinin keyfiyyətinin qaldırılması ilə izah edir. Əslində isə belə deyil."

Bunu Tarif Şurasının işıq pulunu artırmaq qərarını şərh edən iqtisadçı İlham Şaban Azadlıq Radiosuna deyib. Onun sözlərinə görə, indiyəcən sözügedən sahəyə büdcədən böyük pullar ayrılıb və əgər bununla keyfiyyəti artırmaq mümkün olsaydı, indiyəcən artırılardı. (Ətraflı oxu)

MÜSAHİBƏNİ TAM DİNLƏ

Zöhrab İsmayıl: 17 faiz ciddi artımdır

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

İqtisadçı Zöhrab İsmayıl AzadlıqRadiosuna bildirib ki, elektirikin qiymətininin 17% artması əslində ciddi qiymət artımıdır:

“Keçən il baş verən devalvasiyalardan sonra bu kommunal xidmətlərdə ikinci qiymət artımıdır. Bundan əvvəl suyun qiyməti qalxmışdı. Maraqlıdır ki, bu inkişafdan, islahatlardan gen-bol danışılan hökumət müşavirəsindən az sonra baş verdi”.

Zöhrab İsmayılın fikrincə, bundan sonra digər kommunal xidmət xərclərin qiymətinin artması da gözləniləndir.

Oqtay Haqverdiyev: Belə olmaz da (Audio)

“Hökumət iqtisadiyyatda liberallaşmaya getməsə, problemlər daha da kəskinləşək”.

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev elektrik enerjisinin qiymətinin artmasına münasibət bildirərkən belə deyir:

"İşiqpulunun artması gözlənilən idi. Bizdə elektrik enerjisi çox ucuzdur. Sadəcə, əhalinin həyat səviyyəsinin çox aşağı olduğunu bilərək qiyməti ucuz saxlamışdılar. İndi 1 qəpik artırıblar. Su artanda demişdim ki, elektrik enerjisi də qalxmalıdır. Açığı, mən 10 qəpik olacağını gözləyirdim." (Ətraflı)

Davamı

XS
SM
MD
LG