Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:36

Sakinlər: "Bizə deyirlər, dirək verək, işığı özünüz çəkin"


Illüstrasiya
Illüstrasiya

►Şəbəkə texniki problemlərin həllini vətəndaşın üzərinə atır

“Bizə işıq dirəklərinin yerini qazdırdılar, işıq naqillərini də aldırdılar. Söz verdilər ki, “alın, hamısını saxlayın, gətirib dirəkləri basdırıb işıq xətlərinizi çəkəcəyik”. Biz də nə demişdilərsə, alıb hazır elədik. İndi gedirik, deyirlər, “dirəkləri verək, aparın özünüz basdırın”. Hər şeyi özümüz edəcəyiksə, onların işinin adı nədir?”

Şəmkirin Könüllü kəndində salınmış yeni yaşayış massivinin sakinləri məhəllə evlərinə işıq xətti çəkdirmək üçün Rayon Elektrik Şəbəkəsinin yollarında qalıb.

Xətlərin çəkilməsindən ötrü lazım olan avadanlıqları özlərinə aldıran Şəbəkə işçilərinin 15 gün əvvəl sakinlərə son sözləri bu olub ki, “götürün dirəkləri, aparın, özünüz basdırın”.

5 ildir ki, ərazidə ev tikib yaşayan Vüqar Əsgərov deyir, bu işi sakinlərin öz öhdəsinə buraxan Şəbəkə işçiləri gələcəkdə ərazidə baş verə biləcək qəzalara imza atırlar:

“Bu elektrik xətlərinin çəkilməsi işi peşəkarlar tərəfindən görülməlidir. Dirəyin harada basdırılması, xətlərin necə çəkilməsi – bunlar hamısı peşəkarlıq tələb edir. Bunu etmək texniki baxımdan bizim işimiz deyil axı... Tutaq ki, dirəkləri basdırdıq, xətləri də öz bildiyimiz kimi çəkdik, sabah baş verə biləcək qəzalara kim cavabdehlik daşıyacaq? Onda da deyəcəklər ki, “xəbərimiz olmayıb, sakinlər bunu özbaşına ediblər”. Məsuliyyəti bizim üzərimizə atacaqlar”.

Yeni salınmış məhəllələrdə elektrik dirəyi yoxdur. Sakinlər elektrik xətlərini uzaqdan çəpərlərin altı, üstü ilə çəkib gətiriblər. Vüqar Əsgərov deyir, xətlər o qədər səliqəsiz və qeyri-peşəkar çəkilib ki, istənilən anda faciəyə səbəb ola bilər.

Buna da bax: Qarlı Bakıdan görüntülər

"HAVA İMKAN VERMİR"

Sakinlər mənzillərinin işıqlandırılması problemini özləri bildikləri kimi həll edirlər. Buna baxmayaraq, Rayon Elektrik Şəbəkəsi mənzillərə sayğac quraşdırmağı unutmayıb. Abonentlərlə müqavilə bağlansa da, istifadə olunan elektrik enerjisinin haqqı abonentlərdən alınsa da, nədənsə texniki problemlərin həllini Şəbəkə onların öz üzərinə atır.

Şəmkir Rayon Elektrik Şəbəkəsindən bildiriblər ki, Yuxarı Könüllü yeni yaşayış massivində qeyd olunan məhəllədə elektrik dirəklərinin basdırılması və xətlərin çəkilməsini təmin edəcəklər. Hazırkı hava şəraiti bina imkan vermir. Ona görə də sakinlər havaların isinməsini gözləməlidilər.

Hüquqşünas Vaqif Alıyev deyir, “Azərişıq” ASC ilə abonent arasında bağlanmış müqaviləyə görə, texniki xidmətlər yerli Elektrik Şəbəkələri tərəfindən həyata keçirilir.

23 ildir tualetsiz və hamamsız
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

XS
SM
MD
LG