Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:17

Ermənistan Rusiyanın tənqidindən sonra tarix dərsliyinə düzəliş edir


Ermənistan məktəbləri üçün 8-ci sinif tarix dərsliyi
Ermənistan məktəbləri üçün 8-ci sinif tarix dərsliyi

Ermənistan hökuməti ölkə məktəblərinin 8-ci sinif tarix dərsliyinə düzəliş ediləcəyini bəyan edib.

TASS dövlət xəbər agentliyinin məlumatında deyilir ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi sözü gedən dərslikdəki bəzi məqamları kəskin tənqid etmişdi.

Rusiya XİN bildirir ki, “müəlliflər mətnin redaktə olunacağını və ona ən yaxın müddətdə dəyişiklik ediləcəyini vəd ediblər”.

Rusiya XİN dərsliyi, guya burada, Cənubi Qafqazda XVIII əsrin sonlarında və XIX əsrin əvvəllərində cərəyan etmiş hadisələri “təhrif etdiyinə” görə tənqid etmişdi.

Rusiya XİN nədən narazı idi?

Nazirlik xüsusilə də “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” adlı fəsildən narazılıq bildirmişdi.

Bu fəsildə Rusiya imperiyası və İran arasında 1826-1828-ci illər müharibəsinin nəticəsi olaraq imzalanmış Türkmənçay müqaviləsindən bəhs olunur.

Bu müqavilənin şərtlərinə görə erməni tarixçilərin Şərqi Ermənistan (təxminən Ermənistan Respublikasının indiki ərazisi-red) adlandırdığı ərazi Rusiyaya keçib.

Rusiya XİN-in bəyanatında deyilir:

"Türkmənçay sülhü Şərqi Ermənistanın ilhaqı adlandırılır, müasir Ermənistanın qurulmasında Rusiyanın və daha sonralar SSRİ-nin xüsusi rolu şübhə altına alınır. Beləliklə də hamıya məlum olan faktlara qarşı çıxılır. Söhbət ümumi tariximizi utanmadan yenidən yazmaq cəhdindən gedir”.

“Səhv yox, fərdi yanaşma”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, sözü gedən dərslikdə narazılıq doğuran fəsil artıq redaktə edilib.

Ermənistan Təhsil Nazirliyinin rəsmisi Tamara Sarkisyan avqustun 16-da jurnalistlərə deyib ki, məktəblərə dərsliyin düzəliş edilmiş variantı paylanacaq.

Onun sözlərinə görə redaktə olunmuş mətndə “Şərqi Ermənistanın Rusiya tərəfindən ilhaqı” ifadəsi yoxdur.

Azatutyunun yazdığına görə nazirliyin nümayəndəsi dərsliyə dəyişikliyin Rusiyanın tənqidinə görə edilməsi ilə bağlı heç nə deməyib.

Sarkisyan bildirib ki, “söhbət daha çox səhvdən yox, məsələyə müəlliflərin baxışından gedirdi”.

XS
SM
MD
LG