Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:15

Azərbaycanın saxladığı Ermənistan vətəndaşları ailələri ilə danışıb


Azərbaycan ombudsmanı həbs edilən erməni futbolçulara baş çəkib
Azərbaycan ombudsmanı həbs edilən erməni futbolçulara baş çəkib

Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan üç nəfər – Alen Sarqsyan, Vahe Hovsepyan, Levon Qriqoryanın avqustun 29-da ailə üzvləri ilə danışdıqları bildirilir.

Bu barədə Azərbaycanın Ombudsman Aparatı məlumat yayıb.

Məlumata görə, Milli Preventiv Qrupunun (MPQ) aralarında ixtisasca həkim və psixoloq üzvlərinin də olduğu əməkdaşları onlara baş çəkiblər. "Qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər", - məlumatda vurğulanır.

Bu məlumata, hələlik, Ermənistanın rəsmi qurumları və sözügedən şəxslərin yaxınlarının münasibəti bəlli deyil.

Azərbaycan Ermənistan vətəndaşlarının inzibati qaydada həbs edildiyini deyir

Avqustun 28-də Laçın sərhəd-keçid məntəqəsində Ermənistan vətəndaşı olan futbolçuların saxlanaraq həbs edildiyi bildirilir.

Bu barədə Azərbaycanın rəsmi dövlət saytı AZƏRTAC Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, onlar Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə ittiham ediliblər:

“Ermənistan vətəndaşları - 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryanın Azərbaycanın Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Lakin olduqları yer istintaqa məlum olmadığına görə, barələrində beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Cinayət işinə xitam verilib

Məlumatda əlavə edilir ki, avqustun 28-də qeyd olunan şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlayıblar:

Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib”.

Bildirilir ki, amma “hərəkətlərini video qeydiyyata alıb “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə", İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) - maddəsi ilə inzibati icraat başlanıb::

“Qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub. İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunacaq”.

Amma bu məlumata, hələlik, sözü gedən şəxslərin, onların vəkillərinin və Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil.

Separatçılar Laçın postunda bir erməni gəncin “oğurlandığını” deyirlər

Bundan əvvəl AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Xankəndidəki separatçı rejimə istinadla bildirirdi ki, Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana gedən 22 yaşlı Alen Nelsonoviç Sarqsyan Laçın postunda “oğurlanıb”.

Azatutyun bildirir ki, Sarqsyan Yerevana ali məktəbdə təhsilini davam etdirmək üçün gedirdi.

Bu da qeyd olunur ki, Azərbaycan tərəfi hələ ki, bu barədə heç bir məlumat verməyib.

Azatutyun xatırladır ki, iyulun sonlarında daha bir Qarabağ ermənisi – 68 yaşlı Vaqif Xaçaturyan saxlanmışdı.

Xəbərdə deyilirdi ki, o Qırmızı Xaç təşkilatının müşayiəti ilə müalicə üçün Ermənistana gedirdi.

Azərbaycan Xaçaturyanı 1990-cı illərdə azərbaycanlıların qətllərində ittiham edir.

Azatutyun yazır ki, bu insidentdən sonra Azərbaycan sərhədçiləri Qarabağ sakini Rəşid Beqlaryanı saxlayıblar.

Buna qədər...

Bu ilin aprelindən Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində (Ermənistanla Xankəndini birləşdirir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG