Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:54

Məleykə Qaragözlü hicaba görə məhkum edildi


İranda hicab etirazı, arxiv fotosu
İranda hicab etirazı, arxiv fotosu

İyulun 12-də isə qadın fəallar baş örtüklərini ictimai yerdə çıxararaq videolarını internetdə paylaşıblar

İranda insan haqları fəalı Məleykə Qaragözlü məcburi hicab qaydalarına etiraz etdiyinə görə üç il səkkiz aylıq həbsə məhkum edilib. Bu haqda onun vəkili açıqlama verib.

Vəkil Məhəmməd Əli Kamfiruzi sentyabrın 19-da Twitter hesabında yazıb ki, Tehrandakı İslam İnqilab Məhkəməsi müvəkkilinin sosial media səhifələrində bir neçə saniyəlik hicabsız videosuna görə belə bir hökm çıxarıb.

Tofiq Yaqublu 'vətən xaini' kimi damğalanmasına münasibət bildirir
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

Qadağalar

Qaragözlü iyulun 12-də ölkə üzrə vətəndaş itaətsizliyi kampaniyasında iştirakdan sonra saxlanıb. O, sosial mediada hicaba etiraz videosunu paylaşmışdı.

İranda hicab 1979-cu ildə İslam İnqilabından sonra qadınlar üçün məcburi baş örtüyünə çevrilib.

Prezident İbrahim Rəisi iyulun 5-də verdiyi fərmanla hicab qanununu tətbiqini gücləndirib, qadınların geyimiylə bağlı yeni məhdudiyyətlər qoyulub. Bu fərmandan sonra qaydalara əməl etmədiyi bildirilən qadınların hökumət idarələrinə, banklara, ictimai nəqliyyata girməsinə qadağalar tətbiq olunur.

Fəallarsa buna cavab olaraq #no2hijab (Hicaba yox) həştəqi ilə sosial media kampaniyası başladıblar, əhalini qadağaları sərtləşdirən şirkətləri boykot etməyə çağırıblar.

12 iyul etirazı

İyulun 12-də isə qadın fəallar baş örtüklərini ictimai yerdə çıxararaq videolarını internetdə paylaşıblar. Həmin gün ölkədə Milli Hicab və Bakirəlik günü qeyd olunub.

Bir neçə gün sonra kampaniyaya qatılmış qadınların həbsi başlanıb.

Qaragözlünün vəkili deyib ki, müvəkkilinin “saysız tibbi sənədləri var”, ekspertiza da onun “xüsusi psixiatrın nəzarətində olmasının gərəkdiyini” təsdiqləyib. Amma bütün bunlara baxmayaraq hökm çıxarılıb.

Bu arada İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyüləndən sonra vəfatına qarşı müxtəlif şəhərlərdə etirazlar keçirilib.

İranda son vaxtlar əxlaq polisi xeyli fəallaşıb, zorakı olub. Sosial mediada qadınların polis maşınlarına mindirilərək aparıldığını göstərən videolar yayılır.

XS
SM
MD
LG