ABŞ təkrar edir ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, burdakı seçkiləri də tanımır
ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby sentybarın 10-da brifinqdə deyib: "Biz Dağlıq Qarabağın gələcəyinin müəyyən olunmasında Qarabağ əhalisinin rolunu tanıyırıq. Bununla belə, ABŞ Dalıq Qarabağı müstəqil dövlət kimi tanımır. Biz regionun gələcək statusunun müəyyən olunmasına təsiri baxımından sentyabrın 13-dəki seçkilərin nəticələrini də tanımırıq"
“Nə müxalifətə keçmişəm, nə də sığınacaq istəmişəm”
Bunu APA-ya açıqlamasında Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş III katibi Fərid Sübhanverdiyev deyib. Onu bu il iyunun 18-də işdən çıxartdılar.
O, mediada haqqında dolaşan müxtəlif əsassız və ziddiyyətli yazıların yayılmasından ciddi narahat olduğunu deyib: “Hazırda Avstraliya Milli Universitetində Diplomatiya üzrə magistr təhsili alıram. 2 illik təhsilimi başa vurduqdan sonra bilik və bacarığımı dövlətimizin milli maraqlarının qorunması istiqamətində sərf etməyi planlaşdırıram”.
Çempionun təmiz qələbəsini saymadılar (video)
ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında Azərbaycan sərbəst güləşçisi, olimpiya çempionu Toğrul Əsgərov, sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində italiyalı Frank Çamizo Markesin kürəyini yerə vurub, ancaq hakimlər bunu saymayıblar. Yekunda Toğrul Əsgərov 5:10 hesabı ilə uduzub.
Milli Məclis növbədənkənar iclas çağırır
Azərbaycan Milli Məclisi növbədənkənar xüsusi plenar iclasını çağırır. İclas sentyabrın 14-də keçiriləcək. İclasın çağırılmasına səbəb Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qərt tənqidi qətnamədir.