Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:32
Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi referendumu mümkün saydı

10:32 25.7.2016

Konstitusiya Məhkəməsinin iclası başlayıb

Bu gün - iyulun 25-də Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası keçirilir.

İclasda Referendum Aktı layihəsinə rəy veriləcək.

İyulun 18-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsini rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərilib.

Həmin layihədə Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Konstitusiyaya dəyişiklik təkliflərinin şərhi (VİDEO)
Konstitusiyaya dəyişiklik təkliflərinin şərhi (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Milli Şura, REAL Hərəkatı və Müsavat Partiyası bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir. Onlar hesab edir ki, bu dəyişikliklərlə prezidentin ailə üzvləri və yaxınları hakimiyyət idarəçiliyinin yüksək pillələrinə gətiriləcək.

Üstəlik, Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP) Konstitusiya Məhkəməsinə müraciət edərək Plenumun təxirə salınmasını xahiş etmişdi. AXCP maraqlı tərəf kimi Plenumda iştirak etmək istədiyini bəyan etmişdi.

Hakim Yeni Azərbaycan Partiyasının funksionerləri və parlamentdə təmsil olunan partiyaların rəhbərləri isə bu Aktı müdafiə edən mövqe sərgiləyiblər. Onların fikrincə, layihə daha çox ölkənin təhlükəsizliklə bağlı maraqlarına xidmət edir.

10:39 25.7.2016

Bəzi müstəqil və müxalifyönlü KİV-lər Konstitusiya Məhkəməsinin binasına buraxılmayıb.

10:44 25.7.2016

Tarixi iclas

Konstitusiya Məhkəməsinin rəhbəri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda məhkəmənin 8 hakimi ilə yanaşı, Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev də iştirak edir.

10:58 25.7.2016
Konstitusiya Məhkəməsinin iclası başlayıb
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

Davamı

XS
SM
MD
LG