Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:52

Hər bir həyətindən narıngi, limon ətri gələn rayon


Astara. 82 yaşlı Heybət kişi limon dərir. Noy.2016
Astara. 82 yaşlı Heybət kişi limon dərir. Noy.2016

Narıngi, portağal, limon...

Astarada, az qala, hər həyətdən narıngi, ya da limon ətri gəlir. Rayonun özü olsun, ya kəndləri, bu sitrus meyvələri olmayan həyət tapmazsan. Cənub bölgəsinin bu meyvələri həm də kəndlilərin dolanışıq mənbəyi, qazanc yeridir. Ancaq bu il yağış çox yağdığından məhsul bol deyil:

“Bu ağacları, hardasa, 30 il əvvəl əkmişəm. Keçən il məhsul yaxşı idi, bu il azdır. Portağal bu il heç gətirməyib, ötən il də az idi. Bu boyda ağacın üstündə indi gərək çoxlu meyvəsi olardı. Budamışam, qulluq da eləmişəm, yoxdur. Üstünə örtük çəkəcəyəm, yoxsa şaxta vurar, donar. Keçən ilsə çox idi. Keçən il narınginin kilosunu 40-50 qəpiyə satmışam. Yağış ki çox yağdı, yağışın suyu çiçəyin tozunu yuyur, ona görə də tozlanma getmir, məhsul da azalır”.

Buna da bax:​ Azərbaycan meyvəsi Rusiyada ağız sulandırırmı?

Keçən il məhsul daha bol olub

Astaranın 82 yaşlı sakini Heybət Hüseynov üstü narıngi dolu budağı göstərib deyir ki, keçən il bütün ağacların məhsulu bol olub. Ancaq bu il belə deyil:

Heybət Hüseynov: 'Bir ağacdan 50-60 kiloqram narıngi yığmışdım. Limonları isə qışda bükürəm. Bir azdan bükəcəyəm'
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

“Keçən il hər tərəf beləydi. Bir ağacdan 50-60 kiloqram narıngi yığmışdım. Limonları isə qışda bükürəm. Bir azdan bükəcəyəm. Dibini boşaldıram, gübrə olaraq, ancaq mal peyini verirəm. Dərmanlayıram da. Çünki dərman verməyəndə yarpaq qapqara olur. Astarada kənd camaatının çoxu elə bu sitrus meyvələriylə dolanır”.

Heybət kişinin 5 il əvvəl əkdiyi ağacda məhsul daha çoxdur:

“Gələn il də belə olsa, yaxşı olar. Bu isə feyxoadır. Meyvəsi ağacın yarpaqlarından fərqlənmir. Feyxoa bu il yaxşıdır, məhsul da boldur. Yetişəndə, məhsul dibinə tökülür. Ancaq hələ tökülməyib, demək yetişməyib”.

Buna da bax:​ "Yarmarkada məhsulu ucuz satmırlar, ucuzunu satırlar"- [Fotolar]

Narınginin kiloqramını 50-60 qəpiyə satırlar

Bəhriyyə: 'Narınginin kilosunu 60 qəpiyə satırıq. Narıngini yetişdirmək asan deyil. Feyxoa isə asandır'
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00

Həyət başdan-ayağa narıngi, portağal ağacı ilə doludursa, onda dolanışıq da az-çox yaxşı olur. Astaranın Pensər kəndinin sakini Bəhriyyə belə deyir:

“Narınginin kilosunu 60 qəpiyə satırıq. Kənardan alıcılar gəlir, aparır. Narıngini yetişdirmək asan deyil. Feyxoa isə asandır”.

Astara. Limon ağacı. Noy.2016
Astara. Limon ağacı. Noy.2016

Kənd sakini Yeganə Nemətovanın həyətində də artıq saralmış narıngilər budaqları aşağı əyib. Yeganə də ağaclarına ümidlə baxır:

“Bağımızda narıngi, portağal, limon var. Dəfnə ağaclarımız da var. Narıngini kiçik olanda yetişdirmək çox çətindir. Büküb qulluq eləmək lazımdır. 5-6 ilə məhsul verir. Satmaq vaxtı gələndə, öz kəndimizdən də, başqa yerlərdən də gəlir aparırlar. Adam var ki, həyətində çoxdur və onlar lap çox satır. Bizim həyətin məhsulundan ancaq çaypulu, çörəkpulu çıxır. Bu il narınginin kilosunu 50-60 qəpiyə satırıq. Elə adamlar var ki, feyxoa da əkir. Əsas budur. Adam var, bununla dolanır. Portağalın yetişməyinə isə hələ var, portağal dekabrda çox olur”.

Yeganə Nemətova: 'Narıngini kiçik olanda yetişdirmək çox çətindir. Büküb qulluq eləmək lazımdır. 5-6 ilə məhsul verir'
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Astaradan uzaqlaşdıqca yolboyu satışa çıxarılan narınginin kilosu 1 manata, feyxoa isə 1 manat 50 qəpiyə satılır. Elə Bakı bazarlarında da narıngi 1 manat 30, 1 manat 50 qəpiyə satılır.

Buna da bax: «Meyvəni yollarda çürüdüb qayıdırıq»

“Daha çox gəlir gətirə bilər”

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov deyir ki, bu qiymətli məhsul Azərbaycan kəndlisinə daha çox gəlir gətirə bilər. Bundan ötrü daha keyfiyyətli və yeni sortlar əldə edilməlidir:

Vahid Məhərrəmov: 'Yeni sortlar yaradılmalı. İndi rəqabət güclüdür. Gürcüstan, Türkiyədən sitrus meyvələri gətirilir'
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

“Yeni sortlar yaradılmalı, sort üzərində iş getməlidir. Bununla alimlər məşğul olmalıdır. İndi Azərbaycanda rəqabət güclüdür. Gürcüstandan, Türkiyədən də sitrus meyvələri gətirilir. Azərbaycanın istehsal etdiyi məhsul, təəssüf ki, rəqabət qabiliyyətli deyil. Rəqabətə dözmək, daha çox gəlir əldə etmək üçün bizim fermerlər də öz üzərində çalışmalıdır. Hökumət bu sahəyə ciddi fikir verməlidir. Çətinliklərə görə fermerlər məhsulu xarici ölkələrə, xüsusilə Rusiya bazarlarına çıxara bilmirlər. Burda təşkilatlanmayla da bağlı problemlər var. Təəssüf ki, bu məsələni bu sahəyə məsul olan Kənd Təsərrüfatı Nazirliyi hələ də həll etməyib”.

Buna da bax:​ Əvvəl 'sərvətpulu' adlanırdı, indi 'işıqpulu'

Nazirlik: “Əhalinin tələbatı daxili istehsal hesabına tam ödənilir”

Astara. Bazar. Noy.2016
Astara. Bazar. Noy.2016

Kənd Təsərrüfatı nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ekspertin dediyi ilə razılaşmır. Bildirir ki, məhsulun yetişdirilməsində və satışında hər hansı problem yoxdur:

“Məhsulun satışında heç bir problem olmur. Həm də hər həftənin şənbə, bazar günlərində Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkası da keçirilir. İstənilən qədər məhsul gətirilir. Elə ən çox məhsul cənub bölgəsindən gətirilir. Mövsümə uyğun məhsullar bazara çıxarılır. Hazırda da sitrus meyvələrinin mövsümüdür. Satışla bağlı heç bir problem yoxdur. Gətirib sərbəst sata bilərlər. Bu məhsulları ən çox xırda tədarükçülər alıb gətirib satırlar. Kəndlilər özləri də məhsulu gətirib sata bilərlər. Onlara bu şərait yaradılıb. İndi əhalinin tələbatı elə daxili istehsal hesabına tam ödənilir. Sitrus meyvələrini ixrac da edirik. Son vaxtlar bu məhsullar örtülü sahələrdə də əkib-becərilir. Daxili bazarda bizim öz yerli məhsullarımız satılır”.

Murtuzəli Hacıyev: 'Məhsulun satışında heç bir problem olmur... Elə ən çox məhsul cənub bölgəsindən gətirilir'
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid

Astaralı Heybət kişi isə yeni narıngi ağacları əkməyi planlaşdırır. Nə də olmasa, 5-6 ilə meyvə gətirəcək. Ağsaqqal yaşı 90-ı haqlamadan, təzə əkdiyi narıngilərin də dadına baxmağı arzulayır.

XS
SM
MD
LG