Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:24

QMİ: 'Mən müstəqil dövlətəm öz təqvimim var, özüm bilərəm'


Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi

“Bu mənada şeyxülislamın dövlətin avtoritetindən istifadə edərək buna çalışması, əvvəla, nəticəsi olmayan işdir, ikincisi, konflikt yaratmaq cəhdidir”.

Qafqaz Müsəlmanları İdarəsinin qərarına görə, Ramazan Azərbaycanda iyunun 26-da qeyd olunacaq. Ancaq bu fətvayla razılaşmayanlar da var, onlar bayramı iyunun 25-də keçirəcəklərini bəyan edirlər.

Buna da bax:​ Bayram bayrama qarışır

Faiq Mustafa: "Dəfələrlə demişəm, bu düzgün deyil, əvvəldən bayram gününü söyləmək xətadır"
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

Bəziləri, məsələn, el arasında Ləzgi məscidi kimi tanınan Aşurbəy məscidi icmasının rəhbəri Faiq Mustafa isə deyir: “Bayram axşamının vaxtını ancaq və ancaq Rəbbimiz həll edir. Nə vaxt Ay çıxacaq, ertəsi də bayram keçiriləcək. Əvvəlcədən demək ki, bayram filan gün olacaq, o, səhv olar. Bu, bizə aid iş deyil, Allahın işidir. Sabah axşam – iyunun 24-də bilinəcək inşallah”.

Faiq Mustafa
Faiq Mustafa

Bayram nə vaxtdır? “Əvvəldən söyləmək xətadır”

Faiq Mustafa QMİ-nin iyunun 26-nı bayram elan etməsinə etirazını bildirir: “Onlar həmişəki kimi bayram gününü əvvəldən elan ediblər. Dəfələrlə demişəm, bu düzgün deyil, əvvəldən bayram gününü söyləmək xətadır. Yəni mütləq Ayın peyda olmasını gözləmək lazımdır. Gözləsələr, problem olmaz, hər yerdə internet var, bunu öyrənməyə 10-15 dəqiqə vaxt gərəkdir. Peyğəmbərimiz bizə bu yolu göstərib. Ay tamamlanmalıdır. Hicri təqvimiylə 29-cu gün Ay görünməsə, deməli, ay 30 günlükdür, səhərisi gün oruc tutulmalı, ertəsi bayram qeyd edilməlidir”.

Buna da bax: 'Ləzgi məscidi'nin bağlanması haqda- [Rəsmi açıqlama]

Salman Musayev: "Ayın çıxmağından asılıdır? Bəs bu rəsədxana nə üçün işləyir?"
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

QMİ: “Mən müstəqil dövlətəm öz təqvimim var, özüm bilərəm”

"Hər yerdə internet var, bunu öyrənməyə 10-15 dəqiqə vaxt gərəkdir"

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev isə bu yanaşmayla razılaşmır, qətiyyətlə Ramazan bayramının iyunun 26-da keçirilməli olduğunu bildirir. O ki qaldı, Ayın görünməsi haqda deyilənlərə, sədr müavini belə söyləyir:

– Ayın çıxmağından asılıdır? Bəs bu rəsədxana nə üçün işləyir? Rəsədxana da Ayın çıxmağını güdür, hesablayır və bizə verir.

– Yəni idarə rəsədxanaya istinadla belə fətva verib?

– Bəli.

Buna da bax:​ İ.Əliyev: 'Dövlət dinə, din də siyasətə qarışmır'

– Amma belə iddialar da var ki, Azərbaycan şiə məzhəbli İranın təsiri altında bayramı bir gün ertələyir.

«Ayın 25-də də keçirsək, deyəcəklər, “Türkiyənin təsiri altındasınız”»

– Başa düşmürəm. Ayın 25-də də keçirsək, deyəcəklər, “Türkiyənin təsiri altındasınız”. 26-da edəndə də deyirlər ki, “İranın təsiri altında belə qərar verirsiniz”. Mən müstəqil dövlətəm, özüm bilərəm, öz təqvimim var, öz hesablamam var. Heç kimə də arxayınlığım yoxdur. Qafqaz Müsəlmanları İdarəsi heç kimdən asılı deyil, heç kimin təsiri altında da deyil.

Buna da bax:​ "Dini məhdudiyyət çox olanda radikallıq artır"

Elşad Miri: “Mümkündür”

Elşad Miri
Elşad Miri

Dini məsələlər üzrə ekspert Elşad Miri isə belə hesab edir ki, elm, texnologiya inkişaf etdiyindən iyunun 24-nü gözləməyə ehtiyac yoxdur. “Yəni əvvəlcədən bayram günüylə bağlı qərar vermək mümkündür və burda heç bir problem yoxdur”.

Elşad Miri: "Elm, texnologiya inkişaf etdiyindən iyunun 24-nü gözləməyə ehtiyac yoxdur"
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00
Direct-ə keçid

O da Azərbaycanın müstəqil ölkə olduğunu, heç kimin hesablamasından asılı olmadığını vurğulayır.

Altay Göyüşov: “Bu, artıq siyasi məsələdir”

Buna da bax:​ Deputat: 'Qafqaz Müsəlmanları İdarəsinin adının qanunda xatırlanması yanlışdır'

Başqa bir ekspert Altay Göyüşov AzadlıqRadiosu-na belə deyir:

“Rəsmi qanun var ölkədə, yəni Şeyx nə deyir, ondan asılıdır. Əslində, bayramın vaxtı alimlərin verdiyi fətvadan asılı olmalıdır. Ayın 25-i ya 26-da olmalıdır deyə bir şey yoxdur, Ay nə vaxt görünürsə, onda bayram keçirilməldir. Amma bir söz deyim, bu, artıq siyasi məsələdir, nəinki dini məsələ. Məzhəblər ayrı-ayrı ölkələrdə dövlət ideologiyası səviyyəsinə qalxıb, tutalım, İranda, Səudiyyə Ərəbistanında, artıq qismən Türkiyədə. Qərar verərkən daha çox siyasi məqsədlərə uyurlar, nəinki dinin birbaşa qaydalarına. Ona görə də bayramla bağlı fətvalar da fərq olur”, – Göyüşov bildirir.

Altay Göyüşov, tarixçi-alim
Altay Göyüşov, tarixçi-alim

“Din azaddır, müdaxilə düzgün deyil”

"Hamıdan eyni məzhəbin qaydalarına tabe olmağı tələb etmək doğru deyil"

Onun qənaətincə, bu işə müdaxilə düzgün deyil, din azaddır: “Hər kəs bayramı öz məzhəbinin qaydalarına görə qeyd edəcək. Biz buna müdaxilə edə bilmərik. Ümumi şəkildə baxanda, şeyxülislamın etmək istədiyi düzdür, o istəyir ki, bayram bütün ölkədə eyni gündə qeyd olunsun. Ancaq bunun çətinlikləri də var, çünki bizdə məzhəb fərqləri mövcuddur. Hamıdan eyni məzhəbin qaydalarına tabe olmağı tələb etmək doğru deyil. Məncə, bu məsələni şişirtməyə də ehtiyac yoxdur. Dövlət özü üç gün bayram elan edib. Dini məsələlər kənarda həll olunmalıdır. Kim nə vaxt istəyir, bayram namazını qılmalıdır, dövlət buna müdaxilə etməməlidir. Şeyxülislam istəyir ki, öz avtoritetini qəbul etdirsin. Amma bunu diletant yollarla edirlər, Azərbaycandakı reallığı nəzərə almırlar, tarixi ənənələrin üstündən xətt çəkmək olmaz. Necə ki katolik kilsəsini Vatikandan ayırmaq olmaz, eləcə də müsəlman icmalarını tarixi mərkəzlərdən ayırmaq çətindir”.

Buna da bax: M.Mirəlioğlu: 'Hər şey vardı, bircə saxta seyid çatışmırdı' [video]

Altay Göyüşov: "Şeyxülislam istəyir ki, öz avtoritetini qəbul etdirsin. Amma bunu diletant yollarla edirlər"
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00
Direct-ə keçid

"Şeyxülislam istəyir ki, öz avtoritetini qəbul etdirsin. Amma bunu diletant yollarla edirlər"

O zaman dövlətin bayramı 3 gün elan etməsi, yəni seçimi vətəndaşın öhdəsinə buraxması doğru addımdırmı?

Altay Göyüşov cavab verir ki, Azərbaycanda “dövlətin rəsmi siyasəti, dediyi söz bir ayrıdır, altdan gördüyü bir ayrı”: “Gördüyümüz odur ki, şeyxülislam bütün müsəlmanların eyni gündə bayram etməsini istəyir. Hesab edirəm ki, bu, süni məsələdir, bu, hər kəsin öz işidir. Bu mənada şeyxülislamın dövlətin avtoritetindən istifadə edərək buna çalışması, əvvəla, nəticəsi olmayan işdir, ikincisi, konflikt yaratmaq cəhdidir”.

XS
SM
MD
LG