Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:36

Pedofilləri ‘xalqın gözü qarşısında asmaq’ qətnaməsi qəbul olunub


Pakistan parlamentinin aşağı palatası uşaqlara qarşı cinsi təcavüzə və onların qətlinə görə ölüm cəzasına məhkum edilənlərin ictimai edamı barədə qətnaməni qəbul edilib.

Qətnamənin icbari gücü olmasa da, müxalifət və insan haqları fəalları onun qəbulunu qətiyyətlə pisləyiblər.

Qətnamə layihəsini Milli Məclisə təqdim edən parlament işləri naziri Ali Muhammad Khan fevralın 7-də deyib ki, "uşaqlara qarşı cinayət törədənlərə mərhəmət olmamalıdır və onları şəhər meydanlarında asmaq lazımdır”.

Pakistanın hakim Təhrike-İnkişaf partiyasının dəstəklədiyi bu qətnamənin leyhinə millət vəkillərinin yarıdan çoxu səs verib.

Pakistan Xalq Partiyası bu qətnaməyə etiraz edərək bildirib ki, cəzaların sərtləşdirilməsi uşaqlara qarşı cinsi təcavüz hallarının azalmasına gətirib çıxarmayacaq.

Son illərdə Pakistanda uşaqlara qarşı cinsi cinayətlərin sayı sıçrayışla artıb. Bu, ölkə şəhərlərinin küçələrində gur etirazların keçirilməsinə səbəb olsa da, belə işlər üzrə nadir hallarda məhkum edirlər.

Eyni zamanda millət vəkili olan elm və texnologiya naziri Fawad Chaudhry bu qətnaməni “qəddarlığın daha bir nümunəsi” adlandırıb.

Amnesty International təşkilatı bildirib ki, ölüm hökmləri uşaqlara qarşı cinsi təcavüzün və qətllərin törədilməsinin qarşısını almaq üçün vasitə ola billməz.

3832 cinayət

Pakistan ölüm hökmlərinin icrası üzərindən müvəqqəti moratoriumu 2014-cü ildə qaldırıb.

O vaxt islamçı silahlılar Peşavardakı məktəbdə əksəriyyəti uşaqlar olmaqla 150 nəfəri qətliam etmişdilər.

O vaxtdan bəri yüzlərlə məhbus həbsxanalarda ölüm hökmlərinin icrasını gözləyir.

Amnesty International təşkilatının Cənubi Asiya direktoru Omar Waraich-ın bəyanatında deyilir ki, edamlar ədaləti bərpa etmir.

Waraich bunun əvəzində Pakistan hakimiyyətini uşaqların müdafiəsini daha səmərəli qurmağa çağırıb.

Sahil ictimai təşkilatının hesablamalarına görə 2018-ci il ərzində Pakistanda uşaqlara qarşı 3832 sənədləşdirilmiş cinsi cinayət törədilib.

XS
SM
MD
LG