Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:36

'65 yaşına kimi kim yaşayır axı?' [video]


Hadı Rəcəblinin pensiya yaşı haqda dedikləri müzakirə edilir
Gözlə

No media source currently available

0:00 0:13:22 0:00

Hadı Rəcəblinin pensiya yaşı haqda dedikləri müzakirə edilir [A-Live]

“Pensiya haqqında qanun”a dəyişiklik təklifi Milli Məclisdə qəbul olunsa, Azərbaycanda təqaüd yaşı artırıla bilər.

Bu halda, qadınlar üçün pensiya yaşı 60-dan 65-ə, kişilər üçün 63-dən 65-ə qalxacaq.

Təklifi artıq Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi qəbul edib, ümumi müzakirəyə yaz sessiyasında çıxarılacaq.

Komitənin sədri Hadı Rəcəbli "qafqazinfo" saytına müsahibəsində deyib ki, insanların orta ömür göstəricisi artıb, pensiya yaşını da buna görə qaldırmaq istəyirlər.

Buna da bax:​ Hadı Rəcəbli pensiya yaşının artırılması haqda: 'Əhalinin ömrü uzanıb'

Hadı Rəcəbli
Hadı Rəcəbli

“İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir. Müəllimlər, həkimlər bizimlə qırğın edirlər ki, gümrahıq, işləyə bilərik, amma siz bizi pensiyaya çıxardırsınız”.

Təklifə görə, pensiya yaşı tədricən artırılacaq.

Hadı Rəcəbli artımı belə izah edir:

“Məsələn, indi qadınlarda pensiyaya çıxma yaşı 60-dır. Bu ilin sonunda 60 yaş yarımdan pensiya yaşı hesab olunacaq. Hər il 6 ay müddət pensiya yaşının üstünə gələcək. Gələn il bu hədd 61, o biri il isə 61 yarım, ondan sonrakı il 62 olacaq. Bu cür hesablama ilə 10 ilə qadınların yaş həddi 65 olacaq”.

Hadı Rəcəbli deyir ki, hazırda hər hansı qadının 60 yaşı varsa, pensiyanı sənədləşdirə bilər. Amma gələn ildən etibarən bu rəqəm 60 yaş yarımdan sonra olacaq. Bakıda “Yaşıl bazar”da satıcı işləyən 58 yaşlı Mahirə Hacıyeva deyir ki, gündə 13 saat işləyir və iki il sonra pensiyaya çıxacağını gözləyirdi.

Buna da bax: 'Rusiyada kişilərin pensiya yaşı 60, qadınlarınkı isə 55-dir'

Qanunun dəyişə biləcəyini biləndə təəccüblənir.

“Yenə?! 65 yaşına kimi kim yaşayır axı?! Yenə ümidim var idi 60 yaşa, indi 65 yaş mənə bəd xəbər oldu”.

Mahirə Hacıyevanın həmkarı 44 yaşlı Arif Rzayevin də xəbəri eşidən kimi dərdi açılır..

“Mən pensiya alası deyiləm ki. O vaxta qədər mən yaşayası deyiləm ki, pensiya haqqında da fikirləşəm. Yenə 45 yaş, 50 yaş etsəydilər, pensiya haqqında fikirləşərdik. Pensiya görəsi deyilik biz”.

Buna da bax: Pensiya yaşına qədər yaşamaq...

Biz Bakıda sorğu da keçirib, sakinlərin yeni qanuna münasibətini öyrənmişik:

Pensiya yaşı 65-ə qaldırılsınmı?
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin həmsədri Rövşən Ağayev deyir ki, ölkədə orta ömür 90-cı illərə nisbətdə arta bilər, amma bu artım o həddə deyil ki, pensiya yaşı 65-ə qaldırılsın:

“Rəsmi statistikaya görə, bizdə kişilərin orta ömür müddəti 72 yaş, qadınlarınkı 75 yaşdır. BMT-nin hesablamalarına görə, Azərbaycanda orta ömür müddəti ondan da az - 70 ildir. Buna görə Azərbaycanda ən az 12 il pensiya almaq standartına riayət olunmayacaq”.

Rövşən Ağayev
Rövşən Ağayev

Rövşən Ağayev deyir ki, 12 illik pensiya dünyada qəbul olunmuş standartdır və Azərbaycanda “Əmək pensiyası haqqında qanun”un tətbiqi fərmanına görə, pensiya ödənişi müddəti 144 ay, yəni, 12 il nəzərdə tutulur.

Buna da bax:'Ömür qısalır, pensiya yolu uzanır'

Onun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində və Yaponiyada orta ömür müddəti 80-83 yaşdır. Buna görə orada pensiya yaşı 65-67-dir.

Ekspert deyir ki, hökumətin bu addımı atmasında səbəb neftin ucuzlaşması fonunda büdcənin xərclərini azaltmaqdır.

XS
SM
MD
LG