Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:51

'Nardaran işi'ndə hicab qalmaqalı


Milli Şuranın aksiyasında hicablı qadınlar
Milli Şuranın aksiyasında hicablı qadınlar

"Nardaran işi" üzrə sentyabrın 22-də keçirilən məhkəmə iclası qalmaqalsız ötüşmədi. Təqsirləndirilən şəxslər Sabunçu Rayon Polis İdarəsinin (RPİ-nin) əməkdaşı Elnur Şərifovun hicablı qadınlar haqqında söylədiklərini təhqir saydılar.

Məhkəmədə iki polis əməkdaşı - Xəyyam Camalov və Elnur Şərifov zərərçəkmiş qismində dindiriliblər. Onlar ötən il noyabrın 5-də - Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımovun həbsindən sonra bir qrup dindarın onun azadlığa buraxılması üçün idarənin qarşısında etiraz aksiyası keçirməsi epizodu üzrə ifadə veriblər. İstintaqın iddiasına görə, həmin vaxt dindarlar qarışıqlıq törədərək, polislərə xəsarət yetiriblər.

Polislər məhkəmə ifadələrində təqsirləndirilən şəxslərdən heç birini tanımadıqlarını və həmin hadisə zamanı onların idarənin qarşısındakı aksiyaya qatılıb-qatılmadığını bilmədiklərini söyləyiblər.

Prokurora xəbərdarlıq

Polis: "Aksiya iştirakçıları daş və dəmir parçalarından yararlanaraq, polis əməkdaşlarına xəsarət yetiriblər: “Daşın biri də əlimə dəydi".

Sabunçu RPİ Post-Patrul Xidmət Bölüyünün əməkdaşı Xəyyam Camalov ifadəsində deyib ki, noyabrın 5-də onlara telefonla bir qrup şəxsin idarənin önünə toplaşaraq, şüar səsləndirdiyi bildirilib. Dərhal ora gediblər. Etirazçıların səs-küy salıb, asayişi pozduğunu, Elçin Qasımovun azadlığa buraxılmasını tələb etdiyini deyən Xəyyam Camalovun sözlərinə görə, aksiya iştirakçıları daş və dəmir parçalarından yararlanaraq, polis əməkdaşlarına xəsarət yetiriblər: “Daşın biri də əlimə dəydi”.

Buna da bax:​ "Nardaran işi" üzrə məhkəmədə qalmaqalın səbəbləri

Xəyyam Camalov dindirilərkən, prokurorun onu yönləndirməsi - Abbas Hüseynovun adını çəkməsi təqsirləndirilən şəxslərdə etiraz doğurub. Onlardan biri - AXCP sədrinin müavini Fuad Qəhrəmanlı belə hallara hakimlərin də göz yumduğunu, yalnız təqsirləndirilən şəxslərə irad tutduqlarını vurğulayıb: “Bu cür halların qarşısını almasanız, prokurorun dəyişdirilməsini tələb edəcəyik”.

“Bu cür halların qarşısını almasanız, prokurorun dəyişdirilməsini tələb edəcəyik”.

Bundan sonra hakim Əlövsət Abbasov dövlət ittihamçısı İlkin Qafarova xəbərdarlıq edib.

Təqsirləndirilən şəxslərdən Abbas Hüseynov şahid polisdən aksiya iştirakçılarının hansı şüarları səsləndirdiyini soruşsa da, sualına cavab ala bilməyib.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov şahidə sual ünvanlayıb: “İdarənin qarşısındakı həmin inanclı insanlarda silah-sursat aşkar etdinizmi? Orada, ümumiyyətlə, silah olubmu?”. Camalov o adamlarda silah görmədiyini bildirib.

Buna da bax:​ ‘Əlini çiynimə qoyub dedi ki, ‘ölmədiyinə görə sevinmə’’

“Bu da sübut edir ki, burada oturanlar silahla şərləniblər”

"Noyabrın 5-dən sonra televiziyalarda bizi və Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımovu göstərirdilər ki, dövləti çevrilişi etmək, terror törətmək istəyirlər".

“Noyabrın 5-dən sonra televiziyalarda bizi və Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımovu göstərirdilər ki, dövləti çevrilişi etmək, terror törətmək istəyirlər. Əgər Müsəlman Birliyi Hərəkatı terror, dövlət çevrilişi etmək istəsəydi, Elçin Qasımovun müdafiəsinə gedəndə, heç olmasa, əllərində, guya Nardaran hadisəsində çıxdığı iddia olunan qumbaralardan da aparardılar. Onlarda heç bir silah olmayıb, sivil qaydada etirazlarını ediblər. Nardaran hadisəsi, əslində, 5 noyabrdan başlanıb. Dediyim kimi, bizə qarşı qarayaxma kampaniyası da o vaxtdan başlayıb. Hərəkatın mahiyyətində silah-sursat vardısa, Sabunçu hadisəsində görünərdi. Bu da sübut edir ki, burada oturanlar silahla şərləniblər”, - Taleh Bağırovun dilə gətirdiyi sözlərdir.

Vəkil Yalçın İmanov sözügedən polisin zərərçəkmiş statusuna xitam verilməsi barədə vəsatət qaldırsa da, məhkəmə vəsatətin baxılmamış saxlanılmasına qərar verib. Hakim məhkəmənin öz hökmündə bu məsələyə qiymət verəcəyini deyib.

Buna da bax:​ "Nardaran işi" üzrə məhkəmədə üzləşmə

“Məni orada saxlayıb işgəncə verdilər”

Vəkil Yalçın İmanov sözügedən polisin zərərçəkmiş statusuna xitam verilməsi barədə vəsatət qaldırsa da, məhkəmə vəsatətin baxılmamış saxlanılmasına qərar verib.

Daha sonra dindirilən digər şahid polis - Elnur Şərifov da oxşarməzmunlu ifadə verib. O dindirilərkən, təqsirləndirilən şəxslərdən Zakir Mustafayev bildirib ki, Sabunçu RPİ-də ona işgəncə verənlərdən biri də bu şəxs olub. Onun sözlərinə görə, Şərifov ona həm fiziki, həm də mənəvi işgəncə verib, onu, Nardaran camaatını, hicablı qadınları təhqir edib:

“Mən maşına görə polis idarəsinə getmişəm. Amma bunlar məni orada bir gün saxlayıb, işgəncə veriblər. Bunlar mənə hörmətsizliklər ediblər. Məni təhqir ediblər. İranın bayrağını üstümə atıb deyiblər ki, “İrana işləyirsən”. Yerə yıxıb vurublar. Bu (Elnur Şərifovu nəzərdə tutur – red.), mənə kinayə ilə dedi ki, “Nardarana niyə getmişdin? Orada başını bağlayıb min oyundan çıxan qadınlara görə?”.

"Bunlar mənə hörmətsizliklər ediblər. Məni təhqir ediblər. İranın bayrağını üstümə atıb deyiblər ki, “İrana işləyirsən”. Yerə yıxıb vurublar...".

Hicablı qadınlar haqqında deyilənlər təqsirləndirilən şəxsləri və onların məhkəmə zalında olan yaxınlarını hiddətləndirib. Onlar etirazlarını kəskin şəkildə dilə gətiriblər. Məhkəmə iclasında səs-küy yarandığından, hakim fasilə elan edib.

Buna da bax:​ Nardaran işi: 'Cinsiyyət orqanımı tapdalayan bu idi'

Abbas Hüseynov məhkəmədən uzaqlaşdırıldı

Fasilədən sonra hakim Əlövsət Abbasov təqsirləndirilən şəxslərdən Abbas Hüseynovun zaldan çıxarılması və prosesin onun iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edib. O, qərarını belə əsaslandırıb ki, Abbas Hüseynov dəfələrlə xəbərdarlığa məhəl qoymayaraq, şahidi təhqir edib.

"...mənə kinayə ilə dedi ki, “Nardarana niyə getmişdin? Orada başını bağlayıb min oyundan çıxan qadınlara görə?".

Abbas Hüseynov qaydaları qarşı tərəfin pozduğunu və hakimlərin buna göz yumduğunu söyləyib: “Bu məsələyə gəlincə, bəli, mən tüpürmüşəm. Bir insanın qeyrətinə söz deyilirsə, o adam susmamalıdır. Bütün hicablı qadınlar mənim anam-bacımdır. O, elədiyi hərəkətlərlə belə münasibətə layiqdir”.

Təqsirləndirilən şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov Abbas Hüseynov haqqında qərara etiraz edib. Taleh Bağırov bildirib ki, qeyrətə həqarət qarşısında susmaq olmaz: “Ölərik, amma qeyrətimizi əldən vermərik. Nə edək, indi biz də durub onun ana-bacısını söyək? Tək Abbas yox, hesab edin ki, hamımız tüpürmüşük. Əgər Abbası məhkəmədən uzaqlaşdırsanız, hamımız gedəcəyik, vəkillərdən imtina edəcəyik. Əgər buna görə bizə bircə çırtma da vursalar, bilin ki, bunun məsuliyyəti sizin üzərinizdədir”.

Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyasının qərarı ilə Abbas Hüseynov zaldan çıxarılıb.

Fuad Qəhrəmanlı bu məhkəmənin nəticəsi əvvəldən bəlli tamaşa olduğunu vurğulayaraq, hakimləri bu tamaşanı sakitcə yola verməyə çağırıb: “Hamı bilir ki, bu, siyasi işdir. Əslində, bu adamların heç biri burada oturmamalıdır. Hamı onu da yaxşı bilir ki, bu, məhkəmə deyil, tamaşadır. Biz də dözüb otururuqsa, bu, bizim güzəştimizdir”.

Buna da bax:​ Dindаrlаr «Bаndotdel» işçisinə аyаqqabılarını atıblаr - [məhkəmədə etirаz]

Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyasının qərarı ilə Abbas Hüseynov zaldan çıxarılıb.

Bundan sonra Fuad Qəhrəmanlı təqsirləndirilən şəxslərin məhkəmədə iştirakdan və vəkillərindən imtina etdiyini bildirib.

Vəkillər də məhkəmənin ertələnməsini istəyərək, bildiriblər ki, şahidlərin bir çoxu Abbas Hüseynov barədə ifadə verdiyindən, onun özü məhkəmədə mütləq iştirak etməlidir.

"Bu məsələyə gəlincə, bəli, mən tüpürmüşəm".

Hakim məhkəmə prosesinə ara vermək qərarına gələrək, prosesin sentyabrın 23-də davam edəcəyini söyləyib.

Qısa xatırlatma

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Onlardan bəzilərinə 1 il 6 aydan, 2 il 6 ayadək həbs cəzası kəsilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrıca aparılır. O və onunla saxlananlar qətldə, daha bir çox başqa ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilənlər bu ittihamları rədd edərək, onlardan işgəncə altında ifadə alındığını bildirirlər.

XS
SM
MD
LG