Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:32

Ramafoza da COVID-19-a yoluxub


Ramafoza peyvənd olunarkən
Ramafoza peyvənd olunarkən

Avropanın səhiyyə rəsmiləri Omilronun bir neçə həftəyə dominant ştamma çevrilərək deltadan önə çıxacağını bildirir

Cənubi Afrikanın Prezidenti Kiril Ramafoza COVID-19-a yoluxub, hazırda yüngül simptomlardan müalicə olunur. Xəbəri prezidentin ofisi dekabrın 13-də yayıb.

Koronavirusa qarşı tam peyvənd olunmuş Ramafoza deyib ki, onun yoluxması digərlərini də təcili vaksinasiyaya sövq etməlidir. Onun sözlərinə görə, vaksin “xəstəliyin ağırlaşması və hospitalizasiyadan ən yaxşı qorumadır”.

Cənubi Afrika artıq onlarla ölkədə aşkarlanmış Omikron ştammının episentri sayılır.

Üçüncü doza

Dünya Səhiyyə Təşkilatı ilkin dataya əsasən bildirib ki, Omikron hazırda dominant delta ştammından yoluxucudur və vaksinin effektini azaldır, amma daha yüngül simptomlarla keçir.

İlkin data Pfizer vaksininin iki dozasının yalnız 22.5 faiz effektə malik olduğunu, ancaq yenə də simptomları azaltdığını üzə çıxarıb. Bu araşdırma Cənubi Afrikada aparılıb.

Buster dozanın isə Omikrona qarşı daha yüksək qorumanı təmin etdiyi bildirilir.

“Müəyyən qədər ürəkləndirici xəbər ondan ibarətdir ki, ilkin data buster dozanın.. qoruma səviyyəsini yüksəltdiyini, bunun da Omikrona yaxşı təsir göstərdiyini üzə çıxarır”, – ABŞ hökumətinin yoluxucu xəstəliklər üzrə aparıcı eksperti Entoni Fauçi ABC News-a deyib.

Britaniya

Avropanın səhiyyə rəsmiləri Omilronun bir neçə həftəyə dominant ştamma çevrilərək deltadan önə çıxacağını bildirir.

Britaniyanın Baş naziri Boris Conson dekabrın 12-də Omikrona qarşı buster vaksinasiyada nəhəng artım olduğunu açıqlayıb. O, Britaniyanın bu ştammdan dolayı yoluxma dalğasıyla üzləşməsi haqda xəbərdarlıq edib. Conson yoluxma halların hər iki-üç gündən bir ikiqat artdığını söyləyib.

Conson televiziya ilə müraciətində deyib ki, dekabrın sonunadək yaşı 18 və yuxarı hər kəsə üçüncü doza vaksin təklif olunacaq.

Baş nazirin açıqlamasından sonra buster dozaların vurulması üçün rəsmi qeydiyyat saytının işində fasilə yaranıb.

Britaniya alimləri də mövcud vaksinlərin Omikrona az təsir göstərdiyini düşünürlər. Amma ilkin data üçüncü dozadan sonra qorumanın 70-75 faizə yüksəldiyini göstərir.

XS
SM
MD
LG