Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:47

Rüfət Səfərova görə saxlanan var


Rüfət Səfərov
Rüfət Səfərov

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovla mübahisə zəminində saxlananın olduğu bildirilir

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları mübahisə tərəfi – 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfovu saxlayıb: "Araşdırmalar davam etdirilir".

Kameraya baxıblar

Rüfət Səfərovun özü isə Azadlıq Radiosuna deyib ki, gecə saat 3:30 radələrində onun iştirakı ilə dükana məxsus müşahidə kamerasına baxış keçirilib: "Kamera təxminən 50-60 metrlik məsafədən hadisəni çəkib. Kamera görüntülərinə təxminən 1 saat ərzində baxılıb. Bu gün, oktyabrın 16-da isə səhər mənə məlumat verilib ki, mənə hücumda şübhəli bilinən şəxs saxlanılıb".

Səfərov vurğulayıb ki, araşdırma qanun çərçivəsində keçirilməli və qanunauyğun tədbirlər görülməlidir.

Hələlik, saxlanan şəxs və onun vəkilindən hüquq müdafiəçisinin şikayətinə münasibət almaq mümkün olmayıb.

Rüfət Səfərov hücuma məruz qaldığını deyir

Bakıda “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərova martın 15-də axşam saatlarında hücum olduğu bildirilir.

Səfərovun özünün AzadlıqRadiosuna deməsinə görə, o saat 20:00 radələrində Binəqədi rayonu Cəfər Xəndan küçəsində maşınına əyləşərkən tanımadığı bir şəxsin hücumuna məruz qalıb:

"Uzun müddətdir ki, evimin yanında eyni yerdə maşınımı saxlayıram və heç bir problem yaşanmır. Buna görə də orada avtomobillərin dayanacaq məsələsinə baxan bir nəfərə ödəniş də edirəm. Bugün, martın 15-i, axşam maşına əyləşərkən uzaqdan mənə tərəfə gələn bir nəfəri gördüm. O mənə yaxınlaşaraq kobud ifadələrlə "nə vaxtdan burada maşın saxlamısan, qazilərin yerini tutmusan” dedi".

“Heç bir qarşıqlıq vermədən… polisə məlumat verdim"

Hüquq müdafiəçinin sözlərinə görə, bundan sonra həmin şəxs onun qoluna girib və harasa dartmağa başlayıb:

"Mən onun qolundan çıxan kimi, mənə başı ilə zərbə endirdi. Başımda papaq olmasaydı, mənə əməlli-başlı xəsarət yetirərdi. Bundan sonra mən ona heç bir qarşılıq vermədən, onun əlindən çıxıb maşına əyləşə bildim və polisə məlumat verdim".

Səfərov hesab edir ki, təxribatla üzləşib:

"Buna hüquqi qiymətin verilməsi və bunun araşdırılması artıq hüquq-mühafizə orqanlarının üzərinə düşür".

Hüquq müdafiəçisinin söylədikləri ilə bağlı Daxili İşlər Nazirliyindən isə “Turan” İnformasiya Agentliyinə bildirilib ki, məsələdən xəbərdardırlar və bununla bağlı məlumat veriləcək.

Xatırlatma

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb.

O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.

XS
SM
MD
LG