Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:52

“Sutkası 680 manata avtodayanacaq olar?


İllüstrasiya
İllüstrasiya

►Sahibkar monopoliyadan gileylənir

“Xaricdən ölkəyə mal gətirən yük maşınlarını Qaradağ Gömrük Postundan elə həmin ərazidəki “Meyvəli bazar”ın yaxınlığında yerləşən avtoparka yönləndirirlər. Orada yük maşının dayanması üçün 1 sutkaya 680 manat pul alırlar. Şəxsən məndən 680 manat aldılar. Hələ üstəlik, yük orada bir az artıq qalmışdı deyə, 30 manat da əlavə aldılar. Qəbzlərim əlimdədir”.

Bunu AzadlıqRadiosuna 20 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sevinc Hüseynova deyir.

SUTKASINA 680 MANAT

Sevinc Hüseynova ötən ay da radionun “Qaynar xətt”inə şikayət etmişdi.

Həmin vaxt o, İrandan gələn kərpiclə dolu yük maşınının Lənkəran postunun rəisi tərəfindən saxlandığını, yükün ona verilməsi üçün 500 manat rüşvət istənildiyini deyirdi. Bu dəfə isə sahibkar başqa problemlə üzləşib:

“Başqa dayanacaqlarda sutkaya 6-7 manat alırlar. Mənim gətirdiyim yük Sumqayıta getməlidir. Orada isə dayanacağın sutkalığı 2-3 manata başa gəlir. Ancaq bizi məcbur edirlər ki, yüklə dolu TIR-ı onların dediyi dayanacaqda saxlayaq və sutkasına 680 manat ödəyək. 1 sutka bitən kimi əlavə hər yarım saata görə də 30-40 manat yazılır. Yük maşınını onların dediyi dayanacaqda saxlamasam, yükü postdan buraxmırlar. Min əziyyətlə İrana gedib yük vurub gətirirəm ki, qazancımın üstünə əlavə pul da qoyub dayanacaqlara paylayım?”

Sevinc Hüseynova şəriki ilə İrandan, əsasən, kərpic alıb gətirir. Deyir, əvvəl başqa sahibkarlar kimi monopolistlərdən əziyyət çəkirdi. İndi də sahibkarların vəziyyəti bir başqa cür ağırlaşıb:

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“MALIN DƏYƏRİNDƏN 5-6 DƏFƏ ARTIQ...”

“Ad qoydular ki, monopoliyanı yığışdırıblar. Əgər sahibkar hələ də əziyyət çəkirsə, gətirdiyi malın xeyrini görmürsə, hansı dəyişikliklərdən danışırlar? Əvvəllər İrandan kərpici alıb Bakıda 11 qəpiyə satırdıq. Bu pula daşınma xərcləri də daxil idi. İndi isə kərpicin biri özümüzə 16 qəpiyə başa gəlir. Axı sahibkar onu neçəyə satsın ki, xeyir əldə eləsin?...”

Sahibkar xanımın deməsinə görə, devalvasiya, başqa sahibkarlar kimi, onun da bazarını “vurub”:

“Birinci devalvasiyada birtəhər kürkümüzü sudan çıxara bildik. Ancaq ikinci vayımıza oturdu… Manatın qəflətən ucuzlaşması üzündən xeyli pul itkisi ilə üzləşdik. Bir müddət işi dayandırdıq. Sonra birtəhər yoluna qoyduq. Prezident deyəndə ki, monopoliya ləğv olunsun, sevindik. Dedik, “biz də əziyyətimizin xeyrini görərik”. İndi də qiymətləri qaldırıblar. Sutkası 680 manata avtodayanacaq olar? Bu qiyməti kim qoyub, hansı ağılla? Tutaq ki, mənim sənədlərimdə bir əgər-əskiklik oldu, yüklə dolu “TIR” 3-5 gün orada qalmalı oldu, belə çıxır mən gətirdiyim malın dəyərindən 5-6 dəfə çox dayanacağa görə ödəməliyəm?”

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“MONOPOLİSTSİZ İŞİNİZ KEÇMİR?”

Sahibkar xanım deyir, monopoliya ləğv olunmamışdan əvvəl, məsələn, İrandan gətirdiyi gipsə, kərpicə görə gömrük rəsmiləşdirməsinə 1850 dollar xərci çıxırdısa, indi bu məbləğ azı 2 min 500 manata çatıb:

“Onda belə idi ki, pulu verirdik monopolistə, özü bütüngömrük rəsmiləşdirilmələrini həll edirdi. Yükü öz adamının adına yazdırırdı, rəsmiləşdirirdi. İndi buraxıblar özümüzə… Bəlkə də bunu bilərəkdən belə qurublar ki, desinlər, “gördünüz, monopolistsiz işiniz keçmir?” Məni qınamasınlar, monopoliyanın ləğvindən sonra ölkəyə ilk dəfə yük gətirərkən hiss etdim ki, vəziyyət düzəlməyib”.

Sevinc Hüseynova deyir, monopoliyanı qətiyyətlə pisləyir, bu sistemi tərifləmir, ancaq hazırkı durum da sahibkarlar üçün ürəkaçan deyil. Onun sözlərincə, təkcə monopoliyanın ləğvi ilə nəyəsə nail olmaq mümkün deyil, sahibkarların xərclərini azaltmaq üçün başqa çıxış yolları düşünülməlidir.

“QAYNAR XƏTT CAVAB VERMİR”

Sahibkarın ittihamlarına aydınlıq gətirilməsi üçün Bakı Baş Gömrük idarəsinə zəng vurduq. Qurumun mətbuat xidmətindən cavab verən olmadı. Zəngimizi cavablandıran operator xanım sahibkarın qurumun “qaynar xətt”inə zəng etməsini məsləhət gördü. Əlavə etdi ki, “qaynar xətt”ə olunan şikayətlər mütləq araşdırılır.

Sahibkar Sevinc Hüseynova isə dəfələrlə “qaynar xətt”ə zəng etdiyini, ancaq dəstəyin qaldırılmadığını deyir.

Sevinc Hüseynova Respublika Prokurorluğunun da “qaynar xətt”inə müraciət edib. Dediyinə görə, oradan ona məsləhət görüblər ki, gömrükçüləri məhkəməyə versin.

Bunlara da bax...

Sürücü çəkiclə polis maşınını zədələyir
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

Yol polisinin avtomobilini zədələyən şəxs saxlandı
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

XS
SM
MD
LG