Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:30

“Səhərə kimi yandırılmış donuz leşlərinin iyini çəkirik”


Illüstrasiya
Illüstrasiya

►“Qohum-qardaş gəlmir ki, “iydən evdə oturmaq olmur”"

“Bir də görürsən donuz ölür, leşini gecəylə gətirib atırlar zibilliyə. Zibillik də evlərə yaxındır. Səhər gözümüzü açanda ilk gördüyümüz donuz leşi olur”.

Suraxanı rayonu, Südçülük sovxozu ərazisindəki məhəllələrdən birində fəaliyyət göstərən donuzçuluq ferması sakinləri cana yığıb.

Məhəllə sakinləri AzadlıqRadiosuna fermanın həm ekoloji, həm də gigiyenik baxımdan əraziyə və insanların sağlamlığına zərər vurduğunu iddia edirlər.

İmdad Quliyevin sözlərinə görə, məhəllə sakinləri bir tərəfə, ferma rəhbərliyi heç məhkəmənin qərarını, Səhiyyə Nazirliyini də saya almır:

“Bahadur adlı şəxs məhəllənin içərisində iri həyətyanı sahədə donuzçuluq təsərrüfatı yaradıb. Özü gəlib getmir. Təsərrüfatda çalışan bir-iki gənc oğlandır, onlar da qapını arxadan bağlı saxlayırlar. Yığışırıq qapının kandarına, qapını döyəcləyirik, qışqır-bağır salırıq, xeyri yoxdur. Nəinki bizə, heç baytarlıq idarəsinin işçilərinə də qapı açmırlar. Onlar da gəlib qapını bir az döyəcləyib çıxıb gedirlər”.

“İYDƏN EVDƏ OTURMAQ OLMUR”

Məhəllənin başqa sakini Qəhrəman Verdiyev deyir, bu məhəlləyə gələn qonaq məhəllənin girişindən geri qayıdır:

“Xəcalət çəkirik. Hər yer üfunət, antisanitariya... Qohum-qardaş gəlmir ki, “iydən evdə oturmaq olmur”. Uşaqları çölə buraxmırıq. Bir də görürsən, gecələr hər yeri iy basır. Onda bilirik ki, ölmüş donuz yandırırlar. Qapının o tayında min oyundan çıxırlar, bu tayında yaşayanları düşünmürlər. Uşaqlar, xəstə qoca insanlar var, səhhətlərinə pis təsir edir”.

Sakinlərin deməsinə görə, bir müddət əvvəl ərazidəki zibilliyə donuz leşlərinin atılması ilə bağlı dövlət qurumlarına şikayətlərindən sonra təsərrüfat işçiləri daha zibilliyə leş atmır. Ölən donuzları gecələr elə təsərrüfatın yerləşdiyi həyətdəcə yandırırlar. Ətrafda yaşayanlara isə səhərədək iyi ciyərlərinə çəkmək qalır.

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

QƏRAR İCRA OLUNMUR

“Məhkəmə fermanın bağlanması barədə qərar çıxarıb. Ancaq qərar icra olunmur”.

Bunu “Qaynar xətt”ə Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər.

Mərkəzdən deyilənə görə, Hövsan Südçülük ərazisində yerləşən donuzçuluq fermasında yoxlamalar aparılıb.

Bəlli olub ki, ferma Dövlət Sanitar Orqanının icazəsi olmadan fəaliyyət göstərir. İşçilər tibbi müayinədən keçmir. Buna görə də Suraxanı rayonunun Baş Dövlət Sanitariya Həkimi tərəfindən fermanın fəaliyyətinin dayandırılması barədə 2014-cü il iyulun 4-də qərar çıxarılıb. Qərara 2 saylı iqtisad məhkəməsində baxılıb və qüvvədə saxlanılıb. Ancaq qərar cavabdeh tərəfindən icra olunmur.

Suraxanı rayon icra strukturundan isə bildiriblər ki, təsərrüfatın sahibi Bahadur Rəhimov barəsində məhkəməyə cəlbetmə qərarı verilib. Fermanın fəaliyyətinin dayandırılması yalnız onun izahatından sonra həyata keçirilə bilər. Bahadur Rəhimova dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilsə də, məhkəməyə gəlmir.

Bir sözlə, təsərrüfat sahibini icra məmurları da “tapa bilmir”.

Buna da bax: Serj Sarkisian Qarabağa gedib

Serj Sarkisian Qarabağa gedib
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

XS
SM
MD
LG