Türkiyə hərbçiləri hərbi əməliyyatların 4-cü günündə Suriyanın sərhəd şəhəri olan Ras al-Ayn şəhər mərkəzinin nəzarətə götürldüyünü bildirir.
Ankara Suriyanın 30 kilometr dərinliyində “təhlükəsiz zona” yaratmaq, Suriya ilə sərhədini terrorçu saydığı kürd döyüşçülərdən təmizləmək istədiyini deyir. Bu zonada 2 milyon suriyalı qaçqının yerləşdiriləcəyi vurğulanır. Hazırda Türkiyədə 3,6 milyon suriyalı qaçqın yaşayır.
Oktyabrın 11-də etdiyi çıxışı zamanı prezident Ərdoğan deyib ki, YPG 32 kilometr dərinlik altında çəkilməyincə Türkiyə dayanmayacaq.
Türkiyə silahlı qüvvələrinin oktyabrın 9-da başladığı hərbi əməliyyatlara "Barış bulağı" adını verib. Prezident Ərdoğan əməliyyatların başlanması ilə bağlı çıxışında əməliyyata verilən ada aydınlıq gətirib. O deyib ki, həmin ərazidə çaxsaylı bulaqlar olduğundan hərbi əməliyyata belə bir ad verilib.