Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:25

Prokurorluq Azərbaycandakı intiharların səbəbini 'tapdı'


Müstəqil saytların bloklanması ilə bağlı məhkəmə prosesi davam edib
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Müstəqil saytların bloklanması ilə bağlı məhkəmə prosesi davam edib

Azərbaycanda bir sıra saytların, o cümlədən AzadlıqRadiosu-nun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info, Meydan.TV-nin, "Azərbaycan saatı" televiziya proqramının və "Turan TV"nin saytlarına girişin bloklanması tələbi ilə məhkəmə mayın 1-də davam etdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bu məqsədlə verdiyi ərizəyə Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov baxır.

MƏKTUB GƏLƏN KİMİ SAYTLARA GİRİŞ MƏHDUDLAŞDIRILIB

Məhkəmədə həm nazirliyin, həm də Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndələri iştirak edib.

Buna da bax:​ Azərbaycan İnternet istifadəçiləri VPN-ə keçir [video]

Səbail Rayon Məhkəməsi. 01may2017
Səbail Rayon Məhkəməsi. 01may2017

Baxmayaraq ki, ərizə Mərkəzin rəhbəri Faiq Fərmanov tərəfindən təqdim olunub, hakim ərizəçinin əsl iddiaçı ilə əvəz olunması haqda qərar qəbul edib. Əsl iddiaçı isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub.

Nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədli tələblərini əsaslandırarkən bildirib ki, Baş Prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə məktub daxil olub. Məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır. Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib. Nazir də prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb – ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb.

Buna da bax:​ Hökumət 'Azadlıq.org'u bloklamaq üçün məhkəməyə müraciət edir

“POZUNTULAR ƏSASLANDIRILSIN”

Nazirlik təmsilçisinin sözlərinə görə, mayın 27-də prokurorluqdan gələn məktuba saytlarda gedən konkret məqalələr də əlavə olunub. B.Məmmədli məqalələrin surətini saytların nümayəndələrinə təqdim edib.

Amma saytların maraqlarını təmsil edən vəkillər heç bir hüquqi təsdiqi olmayan vərəqlərin sübut kimi qəbul olunmasına etiraz ediblər. O da bəlli olub ki, məhkəməyə və tərəflərə təqdim olunan yazılar arasında martın 27-dən sonra yayılan materiallar da var. Məsələn, martın 28-də "azadliq.info"da yayımlanmış "Xalq, mən varam" başlıqlı məqalə.

Sayt təmsilçiləri nazirliyin nümayəndəsindən məqalələrdəki konkret pozuntuları əsaslandırmasını istəyiblər.

AzadlıqRadiosu ilə bağlı araşdırma zamanı üzə çıxıb ki, "azadliq.org"da yayımlanmış "Son iki gündə 4 nəfərin özünü öldürdüyü deyilir" başlıqlı məqalə də prokurorluğun dövlətə və cəmiyyətə təhdid kimi dəyərləndirdiyi materiallardandır.

Buna da bax:​ Delta Telecom 'saytlara hücumların təşkili' bizlik deyil deyir...

PREZİDENTİN TƏNQİD OLUNDUĞU MƏQALƏLƏR

Məhkəməyə təqdim olunmuş yazıların əksəriyyəti ölkə prezidentinin tənqid olunduğu məqalələr, xarici mediada yayımlanmış, Azərbaycan dilinə tərcümə olunaraq, istinadla sayta yerləşdirilmiş materiallardır.

Bundan başqa, Milli Şuranın mitinq müzakirələri haqda yazılar da "qara siyahıya" salınıb.

Vəkillərin suallarına cavab olaraq, Bəxtiyar Məmmədli bildirib ki, nazirlik Baş Prokurorluğun gəldiyi nəticə ilə razılaşıb, özü əlavə heç bir araşdırma aparmayıb.

"Prokurorluq kimisə ittiham edir, məhkəməyə göndərir. Amma məhkəmə o adamın təqsirsiz olduğu qənaətinə gəlir, adama bəraət verir. Prokurorluğun yazdığı Quran ayəsi deyil ki... Siz niyə araşdırma aparmamısız?", – AzadlıqRadiosu-nun nümayəndəsi, vəkil Adil İsmayılov soruşub.

Buna da bax:​ Azadlıq Radiosunun prezidenti saytın bloklanmasını pislədi

İddiaçının nümayəndəsi bildirib ki, prokurorluğun əsaslandırması ilə kifayətləniblər.

“LİNQVİSTİK EKSPERTİZA TƏYİN OLUNSUN”

Tərəflər arasında sual-cavab zamanı o da aydın olub ki, Elektron Təhlükəsizlik Mərkəzində linqvistika ilə məşğul olan mütəxəssislər yoxdur. Ona görə də "azadliq.info"nun nümayəndəsi, vəkil Cavad Cavadov linqvistik ekspertiza təyin olunması, həmçinin prokurorluğun da üçüncü tərəf qismində prosesə cəlb olunması haqda vəsatət qaldırıb.

"Deyirlər ki, prokurorluğun məktubunu əsas götürüblər. Özləri heç bir araşdırma aparmayıblar. İndi də nə soruşuruq, deyirlər, prokurorluqdur. Ona görə xahiş edirik, prosesə prokurorluq cəlb olunsun, suallarımızı cavablandırsın", – Cavad Cavadov belə deyib.

Buna da bax: 'Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin təqibinə başlanıla bilər'

Hakim bildirib ki, həm linqvistik ekspertiza, həm də prokurorluğun prosesə cəlbi məsələsinə növbəti məhkəmə iclasında baxılacaq. Növbəti iclas isə mayın 3-nə təyin olunub.

Hakim eyni zamanda, nazirliyin nümayəndəsinə növbəti məhkəməyə qədər sübutları bir daha nəzərdən keçirməyi, iddia tələbini dəqiqləşdirməyi tövsiyə edib.

Azad Avropa/AzadlıqRadiosu-nun prezidenti Thomas Kent nazirliyin qaldırdığı məhkəmə iddiasını “kobud senzura” adlandırıb. Bundan əvvəl radionun bloklanmasına gizli cəhdlər olarkən T. Kent bu addımı pisləmiş, bunu hakimiyyətdən sui-istifadə edərək AzadlıqRadiosu-nun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirmişdi.

Müstəqil saytların bloklanması ilə bağlı məhkəmə prosesi davam edib
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

XS
SM
MD
LG