Halal İnternet

Tehranda internet kafedə

Iran son günlər Internetə senzuranı artırıb. Google kimi saytlar blok olunur.
Belə ehtimallar var ki, bunlar adi hadisələr deyil.
İranın öz “milli internetini” sınaqdan çıxarmasının əlamətləridir.

İslam prinsiplərinə uyğun və dünya internet şəbəkəsindən asılı olmayaraq işləyə bilən internet yaratmaq planını İran məxfiliklə əhatə edib.
Ancaq İran interneti perspektivi iranlılar arasında təşviş doğurur.

Bir ölkə daxilində kompüter şəbəkəsi yaratmaq ideyası yeni deyil. Bu işdə Şimali Koreya təcrübəsi var.
İran interneti nəyə lazımdır?
İranda 3 əsas səbəb göstərilir.

QƏNAƏT

Telekommunikasiya naziri Reza Taghipour deyib ki, indi İranda daxili qoşulmalar üçün beynəlxalq zolaq lazımdır. Yeni sistem bu zolaqdan asılılıqdan xilas edir, bu da 30 faiz qənaət deməkdir.

HALAL İNTERNET

Yeni internetə rəsmilər “Halal İnternet” adını da qoyublar.
Bu halal internet təmiz olacaq. O mənada ki, İslam qaydalarına uyğun olacaq. İstifadəçiləri mənəviyyatsız saytlardan qoruyacaq.


TƏHLÜKƏSİZLİK

İran polisinin rəisi Esmail Ahmadi-Moghaddam xarici axtarış saytlarından istifadəni pisləyib. O, Google axtarış saytını casus vasitəsi adlandırıb.

O deyib ki, “Biz maraqlandığınız informasiyanı İnternetdə axtaranda, öz fərdi informasiyamızın izini qoyuruq. “

Polis rəisi bildirib ki, milli internet vətəndaşların fərdi informasiyasını xarici düşmənlərdən qoruyacaq.

BU İZAHLAR AĞLA BATIRMI?

Əsas irad və qorxu budur ki, İran hakimiyyəti öz vətəndaşlarının xariclə əlaqəsini kəsmək istəyir.
İranlılar isə senzura olunmayan xəbərlərə və istədikləri adamlara sərbəst çıxış istəyirlər.

İsveçrədə yaşayan Nima Rashedan deyir: “İnsanlar interneti heç kimdən asılı olmayan istəyirlər. 2009-cu ilin seçkilərindən sonrakı kütləvi etirazlar zamanı internet kəsilirdi. Yalnız ölkədaxili traffik qalırdı. Bununla İran vətəndaşlarının dünya ilə əlaqəsi qırılırdı”.

MİLLİ İNTERNET SÖHBƏTİ NƏ VAXTANDIR?

Rəsmilər milli internet yaratmağı 2006-cı ildən vəd edirlər. O vaxt bildirildi ki, Əhmədinejad hökuməti bu işə 1 milyard dollar ayırıb.

MİLLİ İNTERNET NƏ VAXT İŞƏ DÜŞƏCƏK?

Bunun vaxtı dəqiq bilinmir. Ancaq son vaxtlar bu mövzuda xəbərlərin sayı artıb. Telekommunikasiya nazirliyi bildirir ki, “milli internet yaxın aylarda başlanacaq”.

BU, DÜNYADAKI İNTERNETİ İRANDA ƏVƏZ EDƏ BİLƏCƏKMİ?

İranın internet layihəsi haqda məlumat çox azdır. Telekommunikasiya naziri deyir ki, milli internet beynəlxalq İnterneti tamamilə əvəz etməyəcək.

O deyir ki, İran beynəlxalq İntenetə qoşulmaqda davam edəcək. Ancaq əsas kommunikasiyalar ölkənin daxilindəki şəbəkədə olacaq.

YENİ SİSTEM İSTİFADƏÇİLƏR ÜÇÜN NECƏ OLACAQ?

Vaşinqtonda qərarlaşan və senzura məsələlərini öyrənən Collin Anderson deyir: “Bu adi internet kimi olacaq. Ancaq istifadəçi İrandan kənardakı saytlara girə bilməyəcək. O, İrandan kənara e-mail göndərə bilməyəcək. O, Skype-la telefonla danışa bilməyəcək. Və s.”

MİLLİ İNTERNETƏ ƏSAS MANEƏLƏR NƏDİR?

Anderson bir misal çəkir. Araşdırmya görə, hətta İran hökuməti ilə bağlı olan saytların da 20 faizi İrandan xaricdə yerləşir.

Andersonun fikrincə, İranın ən böyük problemi odur ki, İran saytlarının yerləşdiyi yerlər İran şirkətlərinə məxsus deyil. Ola bilər, İran saytlarının əksəriyyəti xaricdə yerləşir. Problem ondadır ki, İran öz imkanlarını genişləndirmək oyununa çox gec başlayıb. Başqa problem odur ki, iranlılara e-mail lazımdır və e-mail üçün onlara Gmail və Yahoo kimi ABŞ-da yerləşən e-mail xidmətlər lazımdır”.

Anderson hesab edir ki, İran milli interneti yaratsa belə, onun özünə bank və biznes ehtiyaclarına görə beynəlxalq internet lazımdır.

Nima Rashedan isə deyir ki, İran çox keçmədən ikili internet variantına gələcək: ölkə daxilində ucuz və sürətli internet, xariclə isə çox lənğ, filter qoyulan və bahalı internet.