AzadlıqRadiosunun «İZ» proqramı teatr söhbətlərini davam etdirir. Bakı teatrları müasir texnologiyalardan necə yararlanır? İstər tamaşa hazırlayanda, istərsə də tamaşanın tanıdılmasında hansı vasitələrdən istifadə edir?
Bu sualla Bakı teatrlarına üz tutduq. Cavablar qarşınızdadır:
HAZIRDA TEATRIMIZDA HƏR ŞEY VAR
Elçin Cəfərov—Dövlət Milli Dram Teatrının mətbuat katibi:
- Bildiyiniz kimi, teatrımız ötən il təmirdən sonra istifadəyə verildi və yeni təmir olunmuş teatr binası son texnologiya ilə təchiz olunub. Hazırda teatrda musiqi hissəsində, işıqla bağlı, səhnə imkanları ilə əlaqəli kifayət qədər texniki imkanlar—avadanlıqlar var. Və bu avadanlıqlar tamaşalarda istifadə olunur. Teatrımızın son tamaşalarını görənlər bu fikirlə razılaşarlar ki, tamaşalar səhnə effektləri baxımından, səhnə texnologiyalarının istifadəsi baxımından əvvəlki dövrlərin tamaşalarından fərqlənir. O ki qaldı, tamaşanın piarında müasir texnologiyalardan istifadəyə, burada dövrümüzün ən əsas tələblərindən biri internet məkanından yararlanmaqdır. Teatrın bu məkandan istifadə etməklə tamaşalarını tanıtması, tamaşaçı cəlb etməsi artıq reallıqdır.
YENİ SAYT TEZLİKLƏ İSTİFADƏYƏ VERİLƏCƏK
Hazırda Milli Dram teatrının yeni saytı hazırlanır. Əvvəllər də teatrın saytı var idi. Amma həm tutumuna, həm də səviyyə baxımından qənaətbəxş olmadığına görə, yeni bir sayt hazırlamaq qərarına gəldik. Saytın mart ayının birinci yarısında təqdimatı nəzərdə tutulub. Saytın yeni versiyasında Akademik Milli Dram Teatrının tamaşalarının videoları, şəkilləri, repertuar haqqında bilgi, xüsusi bir bölmə kimi media üçün məlumatlar, teatrda baş verən yeniliklər barədə xəbərlər vermək nəzərdə tutulub.
«TEATR SƏHNƏ TEXNOLOGİYASINA HƏMİŞƏ MARAQLA BAXIR»
Yusif Əkbərov—Dövlət Musiqili Komediya Teatrının baş rejissoru:
--Mənim fikrimcə, teatrda ən başlıca şəxsiyyət aktyordur. Aktyor gözəl oynayırsa, tamaşaçılar tərəfindən qəbul edilirsə, tamaşanın bütün atributlarını əvəz edir. Nə qədər gözəl tərtibat, işıq effektləri olur-olsun—son söz aktyorundur! Teatrda incəsənətin bir sıra növləri birləşir. Burada rəssam, bəstəkar, baletmeyster və b. rejissorla birlikdə tamaşa üzərində işləyir.
Və teatr həmişə səhnə texnologiyasına marala baxır. Yadımdadır, hələ ötən əsrin 60-cı illərində, hətta ondan da qabaq rejissorlar çalışırdılar ki, yeni texnologiyalar qurmaqla tamaşaçını heyrətləndirsinlər. Çünki doğrudan da, səhnədə yarı fantastik, yarı mifik bir şey göstərəndə tamaşaçılar daha çox maraq göstərirlər. Müasir dövrdə tamaşaçıları təəccübləndirmək çətindir. Özümüzü internetsiz, kompütersiz, mobil telefonsuz təsəvvür edə bilmirik. Teatr yeni dövrlə, yeni texnologiya ilə ayaqlaşmalıdır. Tamaşaçılar da müasir ruhlu tamaşalara üstünlük verirlər. Son dövrlər bir sıra teatrlarda təmir-quruculuq işləri aparılıb və orada ən müasir səhnə texnologiyası qurulub. Bizim teatrda da ən yeni texnologiyalar tətbiq olunmaq üzrədir. Fikrimcə, yeni texnologiyalar tamaşanın əsas ideyasının açılmasında böyük köməklik göstərəcək. Vaxtilə musiqili tamaşa hazırlayanda lentlərin üzərində günlərlə işlədiyimizi xatırlayıram. Onları bir-birinə calamaq—yəni montaj eləmək çox vaxt aparırdı. Primitiv yollarla edirdik. İndi şükür Allaha ki, texnologiya elə irəliləyib ki, bu dediklərim bir kənarda qalıb…Dediyim odur ki, yeni texnologiya teatrlar üçün ən vacib şərtdir. İndi dünya teatrlarının tamaşalarına internet vasitəsilə baxırıq. Görürük ki, yeni texnologiyalardan necə istifadə olunur?! Bütün bunlarsız teatrı təsəvvür etmək olmaz.
- Yusif müəllim, tamaşalarınızı tanıtmaq istəyəndə necə--yeni texnologiyalardan faydalanırsınızmı?
YENİ TEXNOLOGİYA CANIMIZA-QANIMIZA İŞLƏYİB
--Tamaşanın ən böyük reklamı aktyorun sevilməsidir. Tamaşaçıları həmişə ən gözəl aktyor oyunu cəlb edir. İkincisi, biz montaj vasitəsi ilə yaxşı roliklər hazırlayırıq. Tamaşadan seçmələri yerləşdirib reklam edirik. Əlbəttə, bu vaxt ən yeni texnologiyadan da istifadə olunur. Bayramlarda –Yeni İldə, Novruzda da həmçinin. Yəni artıq uşaqlarımız da böyüklər kimi bu yenilikləri görürlər. Demək istəyirəm ki, yeni texnologiyalar artıq bizim ətimizə-qanımıza işləyib. Əlbəttə, bu bizim aktyorlardan, rejissorlardan böyük səy tələb edir. Yeni texnologiyanı işlətmək lazımdır, öyrənmək lazımdır. Çalışacağıq ki, bundan sonra da onlardan istifadə edək.
DÖVLƏTİN BÜDCƏSİ REZİNDƏN DEYİL
Tərlan Rəsulov—Dövlət «Yuğ» Teatrının direktoru:
- Deyə bilərəm ki, Musiqili Komediya Teatrı və Milli Dram Teatrı son texnologiya ilə təmin edilib. Qaldı «Yuğ» teatrına—ancaq kompüterlə. Bu da öz təşəbbüsümüzlə baş tutub. Tamaşaçıların cəlb edilməsi də internet vasitəsilə olur. Şəxsən mən özüm bir çox tamaşaçılarımızı teatra «Facebook» vasitəsilə dəvət edirəm.
--Tərlan bəy, dediniz ki, iki teatrda yeni texnologiyalar var. Bəs sizin teatrda niyə yoxdur?
--Onlar dövlət tərəfindən xüsusi təmin edilib.
--Axı, «Yuğ» da dövlət teatrıdır?
--Yəqin, inşallah, bizə də növbə çatacaq.
--Heç istəmisinizmi, tələb etmisinizmi?
--Biz istəyirik. Amma dövlətin də büdcəsi rezindən deyil…Növbə ilə bir-bir teatrların hamısını təmin edəcəklər.
--Gözlədiyiniz texnologiya «Yuğ» teatrına gəlsə, nə dəyişəcək?
--Yeni avadanlıq, yeni texnologiya rejissorlar üçün yeni imkanlar yaradır. Rejissorun beynində yaranan müəyyən ideyanın gerçəkləşməsi üçün belə avadanlıqların olması böyük imkanlar açır.
--Tərlan bəy, dediniz ki, «Facebook»da dəvət göndərirəm. Bunu tutalım bir saytda etmək imkanınız yoxdurmu?
--Bizim öz saytımız da var. Yuqteatri.orq. Sadəcə, bunu çoxları bilmir. Hər hansı bir yerdə reklam yerləşdirmək isə maliyyə cəhətdən sərf etmir. Saytlarda baş səhifədə qoyulan bannerin qiyməti o qədər yüksəkdir ki, həmin tamaşanın biletlərini satsan belə o reklamın pulunu ödəyə bilməzsən…Bu yol sərf eləmir.
--Heç daha ucuz qiymətə reklam etdirdiyiniz tamaşa olubmu?
--Xeyr! Bizim tamaşaları kommersiya tamaşası adlandırmaq olmaz. «Yuğ» məhdud tamaşaçıya ünvanlanır. Kütləvilik olmadığından bu əlverişsizdir. Həmin məhdud sayda insanlara elektron poçtla xəbər göndərmək və ya sosial şəbəkədən səslənmək kifayət edir. Bundan başqa bəzi saytlar var ki, müntəzəm repertuarımızı alıb dərc edirlər. Əlavə məlumat almaq istəyəndə isə birbaşa teatra zəng çalıb təmas qura bilirlər.
YERİMİZ YOXDUR!
İntiqam Soltan-Bakı Uşaq Teatrının bədii rəhbəri:
--Mən çox istərdim ki, uşaqlar üçün tamaşa qoyanda müasir texnologiyalardan istifadə edilsin. Amma təəssüf ki, bundan istifadə etmək üçün yerimiz yoxdur. İndi müvəqqəti yerləşdiyimiz Sarabski adına teatrın 100-dən çox yaşı var. Binanın özünün indiyədək ayaq üstə qalmağı təəccüb doğurur. Odur ki, burada müasir texnologiyadan istifadə etmək müşkül məsələdir. Ancaq bu yaxınlarda öz gücümüzlə teatr üçün bir proyektor almışıq. İstəyirik ki, tamaşaların içində birbaşa film-tamaşa, yaxud da tamaşadan müəyyən hissələr başqa məkanlarda çəkilmiş kimi istifadə olunsun. Eyni zamanda teatra tez gələn uşaqlar üçün xüsusi proqramlar təşkil etmək istəyirik. Bu cizgi filmi də ola bilər, öz teatrımızın əvvəlki tamaşaları da.
UŞAQLARIN QARŞISINDA GÜLÜNC VƏZİYYƏTƏ DÜŞMƏK İSTƏMİRİK…
Bu, həm reklam xarakteri daşıyır, həm də uşaqlara demək istəyirik ki, biz də müasirik. Biz də sizinlə və zamanla ayaqlaşmağa çalışırıq. Ən əsası odur ki, çalışırıq uşaqların qarşısında gülünc vəziyyətdə qalmayaq. Yəni imkansızlıqdan texnologiyadan elə gülünc formada istifadə etmək olar ki, qaş düzəltdiyin yerdə göz çıxarmayasan. Sosial şəbəkələrdə də bizim reklamlarımız gedir. Gücümüz çatan qədər. Bütün bunların kökündə də maddiyyat, diqqət və teatr üçün qayğı
dayanır.
UŞAQ TEATRI DİQQƏTDƏN KƏNARDIR
Təəssüf ki, uşaq teatrı diqqətdən kənar hesab oluna bilər. Cənubi Qafqazda yeganə peşəkar Uşaq Teatrı olan teatrımız tamaşalarının 80-90 faizini yerlərdə oynamaq məcburiyyətindədir. Yerlərdə də ki, texniki imkanlar yox səviyyəsindədir. Orta məktəblərin akt zallarının şəraiti yoxdur, yeni tikilən mədəniyyət mərkəzləri isə diskotekanı, restoran foyelərini xatırladır. Elə yerdə tamaşa oynamaq çətin məsələdir.
YENİ TEXNOLOGİYADAN İSTİFADƏ SIFIRA BƏRABƏRDİR
Demək olar ki, yeni texnologiyalardan istifadə bizdə sıfıra yaxındır. Bizim günahımız yoxdur. Bu da uşaqların zövqünün formalaşmasında, onları müasir dünya ilə ayaqlaşmağa çağırışda böyük əngəllər yaradır. Və bu mənim çalışdığım Bakı Uşaq Teatrının reallığıdır…
--İntiqam bəy, deyəsən sizin binasızlığınız artıq xroniki xəstəliyə çevrilib. İllərdir eşidirik-deyirik-danışırıq…
--Buna bir cavabım var: Evin yiyəsi ev haqqında, ailənin başçısı ailə haqqında düşünməlidir. Qonşu düşünməyəcək ki? Teatr dövlətindir. Dövlət, inşallah, yəqin ki, nə vaxtsa bu barədə düşünəcək. Düşünürəm ki, Bakı Uşaq Teatrının bu formada fəaliyyəti acınacaqlı sayıla bilər.
İNDİ BİZİ SEÇİRLƏR!
Mübariz Həmidov—Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru:
- Bildiyiniz kimi, ölkə başçımızın Azərbaycan teatrının inkişafı üçün 2009-2019-cu illər üçün Dövlət proqramı təsdiq olunub. Bu çərçivədə ölkədə fəaliyyət göstərən tamaşa müəssisələrinin yenidən qurulması, bərpası, müasir texnologiya ilə təmin edilməsi, maddi-texniki bazasının gücləndirilməsi məsələləri əsas amillərdən biridir. Bu gün ölkənin əsas teatrları təmir-bərpa olunub fəaliyyətlərini davam etdirirlər. Bizim teatr da bu səbəbdən müasir tamaşalar qoymaq imkanı əldə etmişdir. Təsadüfi deyil ki, təmir-bərpa işlərindən sonra dünyanın müxtəlif ölkələrindən Bakıya gələn teatr mütəxəssisləri bir tamaşa göstərmək istəyəndə bizim teatr binasını seçirlər. Çexov festivalının «İpək yolu» xətti ilə Bakıda gerçəkləşən bir neçə tamaşası da bizim teatrın binasında və Rus Dram Teatrının binasında göstərildi.
HAVADA UÇUŞ?--HAZIRIQ!
Əgər biz günün tələblərinə cavab verən tamaşa hazırlayırıqsa, mürəkkəb quruluşlu effektlər yaratmaq istəyiriksə, buna imkanımız çatır. Havada uçuş, müxtəlif nöqtələrdən işıqlandırma, səhnənin üç sürətlə fırlanması—bunlar hamısı bizdə mövcuddur. İndiyədək bizdə səsyazma problemi vardı. Bu işi mütləq bir studiyaya həvalə edərdik. İndi bizim özümüzün müasir avadanlıqla təchiz olunmuş səsyazma studiyamız var, mütəxəssislərimiz də həmçinin. Əgər təmirdən əvvəl teatrımızda 51 projektor var idisə, bu gün 237-si bizə xidmət edir.
TEATRIMIZIN «FACEBOOK» SƏHİFƏSİ VAR—6 MİN TAMAŞAÇI TOPLAMIŞIQ
Hazırlanan tamaşaların reklam olunmasında, yayılmasında isə sosial şəbəkələr köməyimizə gəlir. Teatrımızın özünün «Facebook» səhifəsi var. İstənilən teatr həvəskarı ora daxil olub tamaşalarımız barədə məlumat ala bilər. Və ya baxdığı tamaşalar haqqında fikir yaza bilər. İki ay əvvəl maraqlandım, sən demə sosial şəbəkə vasitəsilə bizim gənclərdən ibarət 6 min tamaşaçımız var. Onlar həmişə tamaşalarımızda iştirak edirlər. Hesab edirəm ki, bu da müasir texnologiyanın uğurudur.
GÜNDÜZ TAMAŞALARIMIZDA ANŞLAQ OLUR!
Tamaşalarımızı televiziyalarla da reklam edirik. Konkret olaraq, bizim «Lider» kanalıyla müqaviləmiz var. Yeni tamaşaların çəkiliş hüququnu onlara həvalə etmişik. Eyni zamanda həmin televiziya kanalı hər həftə göstərilən tamaşanın anonsunu edir. Aylıq repertuarlarımızı yenə də sosial şəbəkələrdə, portallarda, müxtəlif KİV-lərdə yerləşdiririk. Nəticə də budur: Artıq teatrlara tamaşaçı axını başlayıb. Məsələn, şənbə-bazar günləri bizim gündüz tamaşalarımızda anşlaq olur. Axşam tamaşalarında isə 70-80 bilet mərkəzləşmiş kassalarda satılır. Bu, başlanğıc üçün böyük göstəricidir. Həm də bu tamaşaçılar real tamaşaçılardır. Tamaşanı bəyəndisə, özüylə əlavə adamlar da gətirir və tamaşaçı şəbəkəsi genişlənir.