Süleymanovun vəkilləri ekspertiza rəylərinin saxta olduğunu iddia ediblər.
İddiaya görə, Əvəz Zeynallının vəkil Elçin Sadıqovun vasitəçiliyi ilə "Baku Steel Company" şirkətinin sabiq sədri Rasim Məmmədovun yaxınlarından 20 min manat almasına şübhələr yaranıb.
Vəfat edən hər doqquz nəfərdən təxminən biri xərçəngdən ölür.
Qarabağ döyüşlərində həlak olan və yaralanan şəxslərin ailələri üçün Gəncə və Mingəçevirdə mənzillər alınarkən sənədlərdə qiymətlərin şişirdilməsi məsələsi məhkəmədə araşdırılıb
Son bir ildə istehsalatdakı bədbəxt olaylardan zərər çəkənlərin sayı 30 faiz artıb.
Ən böyüyü səkkiz yaşında olan dörd övladını, həyat yoldaşını qoyub Suriyaya gedən Səfa Dabaxov iddia edir ki, ona orada rahat yaşayış vəd olunmuşdu.
Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda suçlanan İlkin Süleymanova qarşı arqumentlərdən biri də budur ki, hadisə ərəfəsində onun telefonunda mütəmadi cizgi filmlərinə baxılıb.
Özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib zəkat adıyla ətrafdakı insanların milyonlarla manat pulunu, əmlaklarını ələ keçirməkdə suçlanan Aqil Babayev ünvanına səslənən ittihamlara cavab verib.
Kişilər arasında qeydə alınan ölümlərin 47 faizi 65 yaşadək olub. Deməli, ölkədə hər iki kişidən biri pensiya yaşına çatmadan vəfat edir.
Təhsil naziri müəllimlərin bu qədər az dərs saatının olmasını əvvəlki dövrlərdə plansız aparılan işə qəbulla əsaslandırıb.
Narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədovun atası Rafiq Məmmədov oğlunu müalicə məqsədilə reabilitasiya mərkəzinə yerləşdirdiyi halda, orada işgəncə nəticəsində öldürüldüyünü deyir.
Ölkədə hər gün 47 cütlük boşanır.
Davamı