İqtisadi İnkişaf Nazirliyi əhalini 3 kateqoriyaya bölərək hər kateqoriya üçün yaşayış minimumu müəyyənləşdirməyi təklif edib. Pensiyaçılar üçün müəyyənləşdirilən yaşayış minimumunun həcmini Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov iyunun 2-də keçirdiyi mətbuat konfransında açıqlayıb. Səlim Müslümovun sözlərinə görə, bu minimum 55 yeni Azərbaycan manatı müəyyənləşdirilib ki, 2008-ci ilə əmək pensiyasının baza hissəsi bu məbləğə çatdırılacaq. Hal hazırda 30 manat olan pensiyanın baza hissəsi oktyabr ayından daha 5 manat artırılacaq.