Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:24

Eynulla Fətullayevin qan analizinin nəticələri açıqlandı


Penitensiar Xidmət bildirib ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0.223 qram heroin tapılıb
Penitensiar Xidmət bildirib ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0.223 qram heroin tapılıb
Məhkəmə narkoloji ekspertizasının rəyinə görə, Eynulla Fətullayev narkomaniya xəstəliyindən əziyyət çəkmir və onun məcburi müalicəyə heç bir ehtiyacı yoxdur.

Ötən həftənin şənbə günü jurnalist və onun vəkili rəylərlə tanış ediliblər. Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili İsaxan Aşurov məlumat verib.

Amma vəkil onu da bildirir ki, «bu rəyin əməlin tövsifinə heç bir adiyyatı yoxdur. Yəni ittihamlar dəyişmir».

Respublika Narkoloji Dispanserinin həkimləri jurnalistdən qan analizini ötən il dekabrın 30-da, 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E.Fətullayevin üstündə 0,223 qram heroin aşkarlandıqdan sonra götürmüşdülər.

Penitensiar Xidmət bildirib ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0.223 qram heroin tapılıb. Jurnalist barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb. Onu bu ittihama görə 3 il azadlıqdan məhrum etmə gözləyə bilər.

Baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir.
XS
SM
MD
LG