Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:53

Prokurorluq Eynulla Fətullayevdən ifadə alıb


Eynulla Fətullayev
Eynulla Fətullayev

Yanvarın 15-də Qaradağ rayon Prokurorluğu işgəncə faktları ilə bağlı Bakı İstintaq Təcridxanasında Eynulla Fətullayevdən ifadə alıb. Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili İsaxan Aşurov məlumat verib:

«Eynulla Fətullayev həbsxanada ona qarşı olan rəftarı təsvir edib».

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev dekabrın 29-da - üstündən narkotik tapılan gün cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığını iddia edib.

Hazırda Qaradağ rayon Prokurorluğu məsələ üzrə təhqiqat aparır.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsi Eynulla Fətullayevə işgəncə verilməsilə bağlı iddiaları təkzib edib.

Ötən il dekabrın 29-da Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsindən narkotik vasitə tapıldığı barədə Penitensiar Xidmət İdarəsi məlumat yayıb.

Jurnalist 2007-ci ildə terrorçuluqla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirləndirilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar jurnalistin azadlığa buraxılması ilə bağlı Azərbaycan hökumətinə dəfələrlə müraciətlər ediblər.

Buna da bax:

XS
SM
MD
LG