Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:55

ABŞ Misirdə azad seçkilər keçirilməsinin tərəfdarıdır


MÜBARƏK HAKİMİYYƏTDƏN GETMƏLİDİR

Misirdə müxalifət liderlərindən biri Muhammad El Baradei bildirib ki, prezident Hüsnü
Mübarək milli birlik hökumətinə yol açmaq üçün bu gün istefa verməlidir.

O, bunu CNN televiziyasına müsahibəsində deytib.

Bundan əvvəl Misirdə ən böyük müxalifət hesab olunan , qadağan olunmuş
“ Müsəlman Qardaşları” qrupu Muhammad El Baradeinin hakimiyyətlə danışıqlarda vasitəçi olmasını dəstəkləyib.


MİSİRDƏ AZAD VƏ ƏDALƏTLİ SEÇKİ KEÇİRİLMƏLİDİR


Birləşmiş Ştatlar Misirdə azad və ədalətli seçkilər keçirilməsi və dinc, mütəşəkkil qaydada demokratiyaya keçidin tərəfdarıdır.

Bunu Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Fox News televiziyasına müsahibəsində deyib.

O, ölkə prezidenti Hüsnü Mübarəki azad seçkilər keçirməyə və İranın aqibətindən qaçmaq üçün köklü islahatlar aparmağa çağırıb.

Hillari Klinton həmçinin qeyd edib ki, Vaşinqton belə bir vəziyyətdə Qahirəyə köməyi kəsmək fikrində deyil.

Son məlumatlara görə, Misirdə polislə aksiyaçılar arasında gedən toqquşmalarda 150-ə yaxın adam ölüb, 1000-dən çox adam yaralanıb.

Ölkədə tətbiq edilmiş komendant saatına riayət edilmir, paytaxt Qahirə də daxil olmaqla ölkənin bir sıra şəhərlərində küçələrə 10 minlərlə adam çıxıb. Aksiyaçılar prezident Hüsnü Mübarəkin istefasını tələb edirlər.

SÜLH RAZILAŞMASI SAXLANMALIDIR


İsrail bildirib ki, Misirlə sülh razılaşması qorunub saxlanmalıdır

Misirdə prezidentin istefası tələbi ilə keçirilən kütləvi nümayişlər və hərc-mərcliyə baxmayaraq İsraillə Misir arasındakı sülh müqaviləsi qorunub saxlanmalıdır.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klintonla danışdığını, habelə müdafiə və xarici işlər naziri, İsrail kəşfiyyatının rəhbərliyi ilə məsləhətləşmələr apardığını deyir.

XARİCİ ÖLKƏLƏR VƏTƏNDAŞLARINI ÇIXARIR

Birləşmiş Ştatlar bazar günü Misirdəki vətəndaşlarını köçürməyə başlayıb.

Həmçinin Türkiyə eyni məqsədlə Misirə iki təyyarə göndərib.

Beynəlxalq ekspertlər Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda xəbərdarlıq ediblər ki, dünya ehtiyyatlı hərəkət etməli və öz siyasi gələcəyini həll etmək haqqını Misir xalqının öz öhdəsinə buraxmalıdır.

ƏLAVƏ ORDU QÜVVƏLƏRİ ÇIXARILİR


Misirdə gecə qarətlərindən sonra bazar günü paytaxt Qahirə, İsgəndəriyyə, Sueç və ölkənin digər şəhərlərində küçələrə əlavə ordu qüvvələri çıxarılıb.

Bundan əvvəl ordu demək olar ki, əsasən hökumət binalarını qoruyurdu. Ölkədə banklar, birjalar və məktəblər bağlanıb. Komendant saatına baxmayaraq etirazçılar gecəni küçələrdə keçiriblər.

Onlar hələ də prezident Hüsnü Mübarəkin istefasını tələb edirlər.

Bir çox Avropa ölkələri və BMT Misirin hakim dairələrini nümayişçilərə qarçı güc tətbiq etməməyə çağırıblar.

BMT-nin ba. katibi Ban Ki Mun zorakılıqdan imtina etməyə və vətəndaşların fundamental haqları və azadlıqlarına hörmətlə yanaşmağa çağırıb.

“AL JAZEERA”NIN YAYIMI DAYANDIRILDI

Misir hökuməti ölkə ərazisində “Al Jazeera” kanalının yayımını dayandırıb.

Bu barədə BBC Misirin kütləvi informasiya vasitələrinə istinadla xəbər verir.

“Al Jazeera” kanalı son günlər ölkədə keçirilən kütləvi etiraz aksiyaları və baş verən hərc-mərclikləri hərtərəfli araşdırırdı.

XİN XƏBƏRDARLIQ EDİR


Azərbaycan XİN Misirə getməməklə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib

APA-nın xəbərinə görə, XİN-in rəsmi saytında yerləşdirilmiş məlumatda yanvar ayının sonlarından başlayaraq, Misir Ərəb Respublikasında hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşların başlanıldığı bildirilir: “Kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olmuş və yaralanıb. Misir Ərəb Respublikasının hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Belə ki, saat 16:00-dan 08:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyətlər qoyulub.

Bunları nəzərə alaraq, Misir Ərəb Respublikasına səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına yuxarıda qeyd edilən məsələləri nəzərə almaları və ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Xüsusilə Qahirə, Asuan və Luksor şəhərlərinə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır”.

XİN-dən qeyd edilib ki, Misir Ərəb Respublikasında daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları, yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib.

100-DƏN ÇOX ADAM ÖLÜB

Misirdə 6-cı gündür ki, etiraz aksiyaları və hərc-mərclik davam edir.

Wadi Natrun həbsxanasından yüzlərlə məhbusun qaçdığı bildirilir.

Ölkədə banklar, birjalar və məktəblər bağlanıb.

Komendant saatına baxmayaraq nümayişçilər ötən gecəni küçələrdə keçiriblər.

Ötən gün İsgəndəriyyə, Sueç və ölkənin digər şəhərlərində qarətlər olub.

İndiyədək təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 100-dən çox adam ölüb.

Prezident Hüsni Mübarək şənbə günü kəşfiyyat idarəsinin rəhbərini Ömər Süleymanı uzun illərdi ki, boş qalan vitse-prezident vəzifəsinə təyin edib və prezidentin müşavirləri yaxın 3 gün ərzində növbəti islahatlar aparılacağını vəd ediblər.

Amma bunu islahat saymayan aksiyaçılar prezidentin istefasını tələb edirlər.

Böyük Britaniya, Fransa və Almaniya Mübarəki silahsız nümayişçilərə qarşı güc tətbiq etməməyə çağırıblar.
XS
SM
MD
LG