Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:29

İntiqam Əliyevin həbsində 71 rəqəminin rolu


Hüquq müdafiəçisi İntiqam Əliyev
Hüquq müdafiəçisi İntiqam Əliyev

-

«Azadlıq» qəzeti yazır ki, hüquq müdafiəçisi İntiqam Əliyevin həbsinin bir səbəbi də 71 şikayəti Avropa Məhkəməsinə çıxarması olub.

«2010-cu il parlament seçkiləri ilə bağlı şikayətlər onun tərəfindən Avropa Məhkəməsinə çıxarılıb. 71 şikayətin 51-i təmin olunma ərəfəsindədir. Əgər təmin olunsa parlament qeyri-legitim sayılır. Hökumət bunun qarşısını almaq üçün ilk növbədə 51 nəfərin yarıdan çoxunun vəkilini sıradan çıxarır. Həmçinin hökumət şikayət edənlərlə danışıqlar aparır, onlara bildirilir ki, sizin hüquqlarınızın pozulduğunu qəbul edirik və sizə kompensasiya veririk. Amma şikayətinizi geri götürün. Göründüyü kimi hakimiyyət İntiqam Əliyevi sıradan çıxarmaqla parlamentin qeyri-legitimliyinin qarşısını almaq istəyir. Hakimiyyət istəyir ki, 2015-ci il parlament seçkilərinədək məsələnin hüquqi qiyməti verilməsin...»

«BU, GÜLMƏLİ SİYAHIDIR»

«Prezident Administrasiyası və vətəndaş cəmiyyəti institutunun təmsilçilərindən ibarət İşçi Qrupunun fəaliyyətinin bərpası vacibdir»

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev söyləyib.

Azay Quliyevin sözlərinə görə, İşçi Qrupu daxili bir mexanizm, platformadır:

«Nədənsə bəzilərimiz daxili resurslardan tam şəkildə istifadə etmədən dərhal qaçıb xaricilərin ətəyindən yapışırıq. Anlamırlar ki, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin bu məsələləri qaldırmasında məqsəd həqiqətən səmimi olaraq Azərbaycana kömək etmək deyil, yaxud müraciət edənlərə, onların siyahılarında olan insanlara məhəbbətlərindən qaynaqlanmır. Yüzlərlə misal da çəkmək olar ki, bir sıra şəxslərlə bağlı müraciətlər olsa da, beynəlxalq təşkilatların marağında olmadığı üçün onlar bu barədə bir kəlmə də danışmır. Amma o mövzu ki, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin maraqlarına uyğundur, həmin mövzunu istismar edib nəticədə Azərbaycana təzyiq etmək, müəyyən mənada bazarlıq etmək istəyiblər.

QHT sektoru ilə bağlı bu işlərə İşçi Qrupunun cavabdehlik daşıması daxili potensialın, platformanın tam şəkildə istifadə olunmasına, narahatlıqların aradan qaldırılmasına gətirib çıxaracaq. Bu cür həssas mövzularda QHT-lərimiz yalnız və yalnız öz dövlətlərinə güvənməli və dövlətin qayda-qanunlarına əməl etməklə, ikitərəfli dialoqla istənilən məsələnin həllinə nail olmalıdırlar. Yoxsa xaricə çıxıb Azərbaycana təzyiq etdirmək, müəyyən siyahıların hazırlanıb verilməsi doğru deyil. Məsələn, bir qrup QHT «siyasi məhbus»larla bağlı siyahı hazırlayıb, 98 nəfərin adı ora daxil edilib. Bu, gülməli siyahıdır, orada elə adamların adı var ki, sadəcə, təəssüf edirsən. Ona görə də bu İşçi Qrupu bu cür məsələləri müzakirə etməli və vahid yanaşma sərgiləməlidir».

«QAZ-KONDENSATLA BAĞLI MƏSƏLƏ CİDDİDİR»

«Contact.az» saytı «Şahdəniz» yatağında qaz və kondensat hasilatının azaldığını yazır.

BP-Azerbaijan şirkətinin son hesabatına istinadla sayt qeyd edir ki, «2014-cü ilin birinci yarısında «Şahdəniz» yatağında 4,75 milyard kubmetr qaz və 1,12 milyon ton kondensat hasil edilib. Qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,04%, kondensat hasilatı 11,1% azalıb.

Hesabat dövründə orta sutkalıq hasilat 26,2 mln kubmetr qaz və 49 757 barrel kondensat olub.

2013-cü ildə «Şahdəniz» yatağında 9,8 mlrd kubmetr qaz və 2,48 mln ton kondensat çıxarılıb. Hələlik hasilatın piki 2013-cü ilin payına düşür. İndiki azalma cüzidir və yəqin ki, II yarımildə vəziyyət sabitləşəcək. Amma qaz-kondensatla bağlı məsələ ciddidir» deyə məlumatda bildirilir.

XS
SM
MD
LG