Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 20:46

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

14:34 18.5.2015

2 dəqiqə 56 saniyəyə 3 qol (VİDEO)

Seneqallı Sadio Mane İngiltərə birinciliyində Aston Villa-nın qapısına 2 dəqiqə 56 saniyəyə 3 qol vurub. Bu, İngiltərə rekordudur. Maraqlıdır ki, Mane Southhampton-un heyətində indiyə kimi 30 oyunda cəmi 7 qol vurmuşdu.

Bundan əvvəlki İngiltərə rekordu Robbie Fowlerdə idi. O, 1994-cü ildə Liverpool-Arsenal oyununda Arsenal-ın qapısına 3 qolu 4 dəqiqə 33 saniyəyə vurmuşdu.

İngiltərənin Mirror qəzeti yazır ki, 3 qolun ən az vaxta vurulmasında dünya rekordu da İngiltərə futbolundadır.

60 il qabaq Tommy Ross 3 qolu 90 saniyəyə vurub. Bu, Ross County - Nairn County oyununda olub. Ancaq, bu, İngiltərə birinciliyinin birinci liqasının oyunu olmayıb.

14:22 18.5.2015

Məcburi nikah: Putin-in dostları nəzarətdən çıxır

Anna Nemtsova “thedailybeast.com”da bu günlərdə Çeçenistanda 47 yaşlı polis rəisi ilə 17 yaşlı qızın nikaha girməsindən yazır.

Bu hadisə Rusiya qanunlarının qadağan etdiyi çoxarvadlılığa diqqət çəkib. “Ancaq kimsə deyə bilər ki, Çeçenistan Rusiya deyil, öz qanunları var və bossu Ramzan Kadyrov-a tabedir,” müəllif yazır. Kadyrov bu nikahı “minilliyin toyu" adlandırıb. Ancaq gəlin Louisa Goilabiyeva mərasim zamanı bircə dəfə də olsun gülümsəməyib.

Polis polkovniki Nazhud Guchigov-un qızın ailəsinə təzyiq göstərdiyi bildirilir. Gəlinin 17 yaşı mayın 1-də tamam olub. Guchigov-un ailəsi, uşaqları var.

Bu nikah sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. Bəziləri çeçen qadının gücsüzlüyündən yazır. Kheda (Louisa-nı belə çağırırlar) oğlan dostunun olduğunu desə də, onun sözlərinə əhəmiyyət verən tapılmayıb.

“Kadyrov-un dostları ilə bağlı məsələlərdə Çeçenistanda hüququn aliliyi mövcud deyil,” bunu Çeçenistanda insan haqları fəallarının təşkilatı olan Birgə Mobil Qrupun üzvü Sergei Babinets deyir. “Əminəm ki, Kadyrov-un törətdiyi bir çox cinayətlərlə bağlı FSB-də məlumatlar var. Bir gün səbir kasası daşacaq, ancaq indilik Kadyrov Putin-in Çeçenistanda inamından istifadə edir”. AzadlıqLive-da

14:11 18.5.2015

"...Korrupsiyaya uğramış ailənin idarə etdiyi Azərbaycan"...

Bu günlərdə “The Washington Post” qəzeti ABŞ Konqresinin 10 üzvünün Bakıya səfərini Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyələşdirməsindən, konqresmenlərə hədiyyələr verilməsindən yazırdı. Sonradan Konqres üzvləri qatıldıqları konfransı SOCAR-ın sponsorluq etməsindən xəbərsiz olduqlarını dedilər. Nick Cunningham “oilprice.com” saytında yazır ki, əslində qəzetin yazdıqları sürpriz deyildi. Belə ki, ABŞ hökuməti korrupsiyaya uğramış bir ailənin idarə etdiyi Azərbaycanı uzun müddət xarici siyasət pazlının əsas elementi hesab edib.

1990-cı illərdə Clinton administrasiyası Bakl-Tbilisi-Ceyhan kəmərini dəstəkləyib. Bu, Qafqaz ölkələrini Rusiyanın boyunduruğundan xilas etməklə izah olunurdu. Müəllif yazır ki, bütün bunlar korrupsioner hökumətə yaltaqlanmaq hesabına başa gəlirdi və həm də Azərbaycana qucaq açan təkcə Clinton administrasiya deyildi. 2008-ci ildə, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra keçmiş vitse-prezident Dick Cheney Azərbaycana səfər etdi, Qafqaza dəstək vəd olundu. Ancaq çoxları düşünürdü ki, səfərin əsl səbəbi ABŞ-ın Xəzərdən daha bir kəmər tikintisinə dəstək alması idi. Həmin kəmər sonradan iflasa uğramış Nabucco oldu. Qərb mediasının icmalı AzadlıqLive-da

14:03 18.5.2015

19 laçınlı 53 günlük mühasirədən necə çıxdı? (Video)

1993-cü il aprelin 1-də mayın 23-dək mühasirədə qalan 19 Laçın sakini mühasirədən necə çıxdı? ( Bu reportaj 2013-cü ildə hazırlanıb)

19 laçınlının qurtuluş dastanı (və ya 53 günlük mühasirə necə yarıldı)
Gözlə

No media source currently available

0:00 0:04:49 0:00

Davamı

XS
SM
MD
LG