İyulun 8-də AzadlıqLive-da Radioda bu mövzuları müzakirə etdik:
Bir ildir ki, "Bank of Azərbaycan"dan pullarını al bilmirlər,
Bakıda GUAM ölkələrinin gömrük rəhbərləri sadələşdirməkdən danışırlar, Azərbaycan-Gürcüstan sərhəddində isə adamlar var ki, 5 gündür gözləyirlər,
Alıcılar ancaq çörək, pendir alır,
Üstünə bıçaqla hücum çəkilən həkim danışdı,
Həmkarlar İttifaqları Azərbaycanda nə ilə məşğuldur?
Dünya Uyğur türkləri konqresinin başqan yardımçısı Seyit Tumtürk uyğurların indiki durumundan, Çində onlara olan qadağalardan danışır
Rauf Arifoğlu Müsavatdan gedir
Rauf Arifoğlu deyib ki, rəsmi istefa ərizəsini Müsavat rəhbərliyinə doğum günündən sonra yollayacaq: “49 yaşı müsavatçı kimi tamamlayım, sonra ərizəni göndərəcəyəm."
Aydın Əliyev: GUAM ölkələri arasında gömrük qaydaları sadələşdirilir
Bakıda GUAM-ın iclasından sonra Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, GUAM ölkələri arasında gömrük qaydalarının sadələşdirilməsi ilə bağlı bir protokol imzalanıb, daha bir protokol da hazırdır:
Nuşirəvan Məhərrəmli: "...buna görə TV-ni bağlamaq olmaz"
“Telekanallara intellektual səviyyəsi aşağı olan adamlar çağırırlarsa, buna görə televiziyanı bağlamaq olmaz. Çünki onlar da Azərbaycan vətəndaşlarıdır”.Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
"KİV-lər isə televiziyalarda verilişlərin və aparıcıların səviyyəsi ilə bağlı məsələni lazım olmayan dərəcədə şişirdir"...