Mərkəzi Bank uçot dərəcəsini 0,5% azaltdı
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 3,5 faizdən 3 faizə endirdi. Qərar iyulun 13-dən qüvvəyə minir.
Uçot dərəcəsinin azalması bankların kredit faizlərini də aşağı salacaq.
Ancaq bu qərar manata mənfi təsir edən qərardır.
Mərkəzi Bank sədri: “Kredit faizləri azalacaq”
Elman Rüstəmov bunu bank rəhbərləri ilə görüşdə deyib.
Generalın oğlunu saxladığına görə işdən çıxarılan polis danışdı
AzNews.az-ın əməkdaşı geniş rezonans doğuran hadisənin qəhrəmanını - generalın oğlunu saxladığına və mübahisəyə görə işdən qovulan yol polisi Cavanşir Lətif oğlu Qasımovu tapa bilib. O, açıqlamasında hadisənin təfərrüatını danışıb, şok faktlar açıqlayıb:“Vəzifəli şəxsin oğluyla nə mən bacardım, nə də qanun. Onun atası generaldır, mənim atam isə 2-ci qrup əlil”
Cavanşir Qasımov onu işdən çıxartıranın Baş Qəragah rəisi Nəcməddin Sadıqovun kiçik oğlu Məmməd Sadıqov olduğunu bildirib. Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. Polisin iddiasına görə, o, qayda pozuntusunu 10 NP 020 dövlət nömrə nişanlı “Range Rover” markalı maşınla törədib.
16 yaşında ərə verilən qızın faciəsi
"16 yaşım tamam olmamışdı, qəfildən elçi gəldi. Evdən dedilər ki, gedəcəksən. Əvvəlcə atam razı olmadı, anam, nənəm, babam basqı elədi ki, bu adamla evlənəcəksən. Məndən 10 yaş böyük idi. Məni qurban verdilər, daha doğrusu. -Nəyin qurbanı? - Onlar iş adamı idilər, əmimgil də onlarla çalışırdılar. Atamgil, nənəmgil qorxdular ki, əgər məni oğlana verməsələr, onlar da acığa düşüb əmilərimlə işləməyi dayandırarlar. Ağladım, sızladım, dedim getmirəm. Hətta intihar vəziyyətinə gəlib çıxmışdım, istəyirdim ki, özünü eyvandan atım".