Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:54

Kim nə qədər pensiya alacaq


Elman Mehdiyev
Elman Mehdiyev

-

Əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur. Bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcək.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev yanvarın 18-də keçirdiyi mətbuat konfransında belə deyib.

Yada salaq ki, prezidentin sərəncamıyla yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

Elman Mehdiyev bildirib ki, sərəncam Azərbaycanda 1 milyon 296 min pensiyaçıdan təxminən 1 milyon 223 mininə şamil olunacaq. Bu artımdan yararlanmayan dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçılardır. Sayı 73 min olan bu cür pensiyaçıların pensiyaları «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq fərqli qaydada artırılır.

DSMF sədri deyib ki, pensiyanın baza hissəsini 100% alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaq.

Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (I qrup gözdən əlillər istisna olmaqla) üzrə artım 13 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar (I qrup gözdən əlillər) üzrə isə 21 manat təşkil edəcək.

Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 220 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 203 manat 50 qəpiyə çatacaq.

Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artacaq.

Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 19 manat, I qrup BVM əlillərinin 25 manat, II qrup BVM əlillərinin 21 manat, III qrup BVM əlillərinin isə 19 manat artırılacaq.

XS
SM
MD
LG