Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Nardaran sakini: 'Atamın məzarının şəklini paylaşdığıma görə həbs ediblər'


Nardaran əməliyyatı zamanı
Nardaran əməliyyatı zamanı

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı qətlə yetirilən yerli sakinlərdən birinin - Rəfael Bünyadovun oğlu Hüseynağa deyir ki, onu həm də atasının məzarının şəklini yaydığına görə həbs ediblər. 17 yaşlı Hüseynağa Bünyadov vəkili Fəxrəddin Mehdiyevlə görüşündə belə deyib.

Vəkil AzadlıqRadiosu-na bildirib ki, noyabrın 22-də Binəqədidə - inzibati həbs cəzası alanların saxlandığı təcridxanada onunla görüşüb. Müdafiəçinin sözlərinə görə, Hüseynağa deyib ki, məhkəmə qərarında yazılanlar yalandır, nə ictimai qaydanı pozub, nə də polisə müqavimət göstərib:

Buna da bax: Nardaran işi-3: ‘Mən Mixaylo deyiləm, Mikayılovam’

“Hüseynağa Bünyadov deyir ki, onu noyabrın 20-də, saat 16.00 radələrində evlərinin yanında, ikisi polis, biri mülki geyimdə olan üç nəfər tutaraq 42-ci polis bölməsinə aparıb. Orada ona deyiblər ki, saxlanmasının səbəbi “facebook” səhifəsindəki paylaşmalarıdır. Paylaşımlar da, əsasən, şəkillərdir. O, atasının və onunla birlikdə öldürülən digər sakinlərin məzarının şəkillərini, ilahiyyatçı Taleh Bağırovun, Abbas Hüseynovun fotolarını paylaşıb. Tələb ediblər ki, bu cür paylaşımlara son qoysun”, - vəkilin sözləridir.

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

F.Mehdiyev polis bölməsində H. Bünyadova polisə müqavimət göstərməsi haqda izahat yazdırıldığını, bununla bağlı inzibati xəta protokoluna qol çəkdirdiklərini də bildirib: “Onun qarşısında şərt qoyublar ki, belə izahata razılaşmasan, sənin üçün pis olar. Cinayət işi başladıb, uzunmüddətli həbsə göndərməklə hədələyiblər”.

Ardınca H. Bünyadov Sabunçu Rayon Məhkəməsinə aparılıb və ona 30 sutka inzibati həbs cəzası verilib.

Buna da bax:​ Nardaran işi-2: 'Radara düşdüyümü dedilər. Mən maşın sürə bilmirəm...'

Vəkil məhkəmənin bu qərarından apellyasiya şikayəti verib.

Buna da bax:

'Nardaran işi'ndə hökm belə qarşılandı
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Xatırlatma

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda, ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfər öldürülüb. Əməliyyat zamanı saxlanılan şəxslərdən “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovla onun müavini Abbas Hüseynov - 20 il, Cabbar Cabbarov – 19; Rasim Cəbrayılov – 17; saxlanılarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev -10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

T. Bağırov və onunla birlikdə həbs olunanlar qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və başqa maddələrlə suçlanır.

Amma onlar ittihamları rədd edərək bildirirlər ki, heç birinin silahı olmayıb, namaz qıldıqları vaxt polislər evə hücum edərək atəş açıblar.

Nardaran məhbusları məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG