Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:44

Birləşmiş Ştatlarda ‘silahlı etiraz’ xəbərdarlığı


Trampın yanvarın 6-da tərəfdarları qarşısında çıxışı
Trampın yanvarın 6-da tərəfdarları qarşısında çıxışı

Prezident Trampla Vitse-prezident Pense yanvarın 11-də axşam görüşüb. Bu, prezidenti kənarlaşdırmaq üçün təzyiqin artmasına baxmayaraq, onun vəzifədə müddətini tamamlayacağı anlamına gəlir

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-da Co Baydenin yanvarın 20-də andiçmə mərasimi öncəsi “silahlı etirazlar”la bağlı xəbərdarlıq edib.

Qurum yanvarın 11-də ABŞ mediasının əldə etdiyi bülleteni yayıb, 50 ştatın hamısında və Kapitoli binasında “silahlı etirazlar”ın planlaşdırıla biləcəyini bildirib.

Vaşinqton DC-ni çıxmaqla, ştatların çoxunda silah gəzdirmək qanunidir.

Ötən həftə Kapitoliyə basqından sonra Vaşinqtonda və ştatların qanunverici orqanlarında təhlükəsizlik gücləndirilib.

Yanvarın 6-da Prezident Donald Tramp tərəfdarlarının Kapitoliyə basqını zamanı 5 nəfər ölüb. Həmin vaxt Konqres Baydeninin qələbəsinin təsdiqlənməsinə baxırdı.

Vaşinqtonda fövqəladə vəziyyət elan olunub

FTB-nin əldə etdiyi başqa bir informasiyada bir qrup digərlərini, Tramp vəzifə müddəti bitməzdən öncə prezidentlikdən kənarlaşdırılarsa, ştat, yerli və federal məhkəmə və administrativ binalarına “basqına” səsləyir.

Vitse-prezident Mayk Pense və kabinet konstitusion səlahiyyətindən istifadə edərək prezidenti vəzifədən kənarlaşdırmasa, Nümayəndələr Palatasındakı demokratlar bu həftə Trampı impiç edə bilərlər.

Bayden yanvarın 11-də deyib ki, bayırda, Kapitoli binasının pilləkənlərində and içməkdən qorxmur. Andiçmə ənənəvi olaraq orada keçirilir. Pandemiyaya görə builki andiçmə onsuz da məhdud şəkildə keçiriləcək.

Tramp mərasimə qatılmayacağını, Pense isə gedəcəyini deyib.

Prezident yanvarın 11-də paytaxtda fövqəladə vəziyyət elan edib. Bu, yanvarın 24-cən qüvvədə olacaq.

Vulf istefa verir, Pense Trampla görüşür

Bu arada Daxili Təhlükəsizlik katibi vəzifəsini icra edən Çad Vulf gözlənilmədən istefa verib. O, 20 yanvar tədbirinin təhlükəsizliyinə cavabdeh quruma başçılıq edirdi.

Vulf Federal Fövqəladə Halların İdarəçiliyi Agentliyinin administrator Pit Qeynoru öz yerinə təyin edib. O, istefası zamanı Kapitoliyə basqından danışmayıb.

İnauqurasiya vaxtı təhlükəsizliyin gücləndirilməsindən ötrü Milli Qvardiyaya Vaşinqtona əlavə 15 min əsgər göndərmək səlahiyyəti verilib.

Prezident Trampla Vitse-prezident Pense yanvarın 11-də axşam görüşüb. Bu, prezidenti kənarlaşdırmaq üçün təzyiqin artmasına baxmayaraq, onun vəzifədə müddətini tamamlayacağı anlamına gəlir.

Məlumatlara görə, Pense Trampın seçkidə saxtakarlıqla bağlı əsassız iddialarından dolayı ona qəzəbliydi. Prezident də Penseni açıq tənqid edərək onun seçkinin nəticələrinin ləğvindən imtina etməyə cəsarəti çatmadığını deyib.

Ötən həftəki basqından sonra ilk dəfəydi Pense ilə Tramp bir araya gəlirdi.

Administrasiyanın aparıcı rəsmisinin müxtəlif media qurumlarına deməsinə görə, tərəflər “çox yaxşı söhbət” ediblər.

25-ci düzəliş tətbiq olunmasa...

Rəsminin bildirməsinə görə, Pensenin demokratların tələbinə boyun əyərək Konstitusiyaya 25-ci düzəlişi işə salmaq, Trampı vəzifəsinə yararsız olduğunu deyərək vəzifədən kənarlaşdırmaq fikri yoxdur.

Trampın özünün də yanvarın 20-cən vəzifəsindən istefa vermək niyyəti yoxdur.

6 yanvar zorakılığından sonra Tramp əsasən sakit davranıb. Twitter və digər sosial media platformaları onun hesablarını bağlayıb.

Yanvarın 11-də Nümayəndələr Palatasındakı demokratlar Trampa qarşı bir impiçment maddəsi irəli sürüblər. Prezident basqındakı rolundan dolayı “qiyamın qızışdırılması”nda suçlanır.

Daha öncə isə demokratlar qətnamə irəli sürərək Penseni 25-ci düzəlişi tətbiq edərək Trampı Ağ evdən uzaqlaşdırmağa çağırıblar.

Pense 24 saat ərzində cavab verməsə, impiçment prosesi başlanacaq.

XS
SM
MD
LG