Parlament binası qarşısında qumbara partlayıb
Ukraynada parlament binası qarşısında qumbara partlayıb.
Ondan çox adam yaralanıb. Onlar arasında 2 hərbçi də var. AFP və Reuters agentliklərinin məlumatlarına görə, qumbaranı atanlar Ukraynanın mərkəzsizləşdiriməsi əleyhinə olanlardır.Parlament bu gün mərkəzsizləşdirmə haqda qanunu birinci oxunuşda qəbul etdi.
Ukrayna federallaşmağa doğru gedir
Ukranya parlamenti ölkə konstitusiyasına düzəliş edilməsi ilə bağlı qanun layihəsini ilk oxunuşda qəbul edib. Düzəlişlərdə ölkənin şərqindəki rusiyapərəst separatçıların nəzarətində olan regionlar, xüsusilə də Donbas və Luqanska yerli özünüidarə səlahiyyəti verilməsi və bunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.Avqustun 31-də keçirilən səsvermədə 368 deputatdan 265-i ilkin oxunuşda düzəlişlərin lehinə səs verib.Qanun layihəsinin növbəti sesiyada keçməsi üçün azı 300 səs lazım olacaq.
Türkiyənin ilk hicablı naziri
52 yaşlı Ayşe Gürcan Türkiyənin ilk hicablı qadın naziri olub. Gürcanı Türkiyənin müvəqqəti hökumətinə baş nazir Ahmet Davutoğlu dəvət edib.O, kabinetdə ailə və qadın məsələləri naziri olacaq.