Kiyev meri: partlayışlarda bir neçə nəfər ölüb
Kiyevdə parlamentin qarşısında qumbara atmaqda şübhəli bilinən bir nəfər həbs olunub. Kiyev meri Vitaliy Klitschko deyib ki, partlayışlarda Milli Qvardiyadan bir neçə nəfər həlak olub.
XİN erməni futbolçu ilə bağlı açıqlama verdi
Azərbaycan XİN mətbuat katibi Hikmət Hacıyev deyib ki, "Burada ayrı-ayrı fərdlər deyil, ümumi komanda yanaşması əsas götürülür. Oyunlardan asılı olaraq "Borussiya" (Dortmund) klubunun Azərbaycana səfəri də ayrı-ayrı fərdlərin deyil, komandanın səfəri xarakteri daşıya bilər”.Onun sözündən belə çıxır ki, Borussiya oyunçusu Mkhitaryan Azərbaycana gələ bilər, halbuki Mkhitaryan 2011-ci ildə Dağlıq Qarabağa səfər etdiyinə görə, Azərbaycanın "qara siyahısında " olmalıdır.
30 adam həbs olunub
Ukraynanın daxili işlər naziri Arsen Avakov Facebook-da yazıb ki, parlament binası qarşısında toqquşmalarda 30 adam saxlanıb, həbslər davam edir. Onun sözlərinə görə, bir neçə partlayıcı atanların əynində millətçi partiyanın köynəkləri var idi.
Təxminən 90 polis yaralanıb
Bunu Ukraynanın Daxili İşlər naziri Arsen Avakov Facebook-da yazıb. Onun sözlərinə görə, parlament binası qarşısında qarşıdurmada yaralanan polislərdən bəziləri kritik vəziyyətdədir.