Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:46

“Prezidentin qəsri də olar, imarəti də”


Yevda Abramov,
Yevda Abramov,

►“Prezident Yevda müəllim deyil, bankomatdan aldığı maaşla dolansın. Min cür dərdi var, o problemlərin həlli üçün daha nələr etmir?

Prezident böyük maliyyə tutumlu layihələri həyata keçirməkdən ötrü kimlərin qoltuğunun altından keçir, kimlərə salam verir, Xədicə İsmayılovanın bundan xəbəri var?”

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov AzadlıqRadiosuna danışıb.

O Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-nun titulundan məhrum edilməsi, prezident ailəsinin qanunsuz biznesi haqda yazılanlara münasibət bildirib.

– Yevda müəllim, son günlər Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri titulundan məhrum edilməsi haqda təkliflər gəlməkdədir. Məsələn, “The New York Times” hesab edir ki, o təmsil etdiyi qurumun ideallarına sadiq deyil. Siz bu iddia haqda nə söyləyə bilərsiz?

– Bunlar hamısı cəfəngiyatdır. Mən xanımla xaricdə olmuşam və bilirəm ki, həm Avropada, həm Amerikada, həm də UNESCO-da, İSESCO-da xanıma nə qədər hörmət var, xüsusən İtaliyada. Siz nə danışırsız? Prezidentə, onun ailəsinə, xanımına qarşı belə riyakar əməllərin sahibi ancaq erməni ola bilər. Ona bu titulu bir nəfər verməyib ki, o da geri alsın. Onun UNESCO qarşısında humanitar xidmətləri var, birinci xanım kimi ölkəsində fəaliyyəti var. Bəyəm bütün birinci xanımlar UNESCO-nun səfiridir? Bəyəm bütün birinci xanımlar bizim birinci xanım qədər mərhəmətlidir, şəfqətlidir?

Prezident və həyat yoldaşı
Prezident və həyat yoldaşı

– Yəni siz Mehriban Əliyevanın UNESCO ideallarına, insan haqlarına sadiq olmaması fikrini rədd edirsiz və onun fəaliyyətini, sadəcə, müsbət yöndən dəyərləndirirsiz?

– Bu onun canında-qanında var, ailə tərbiyəsindən gəlir, milli mentalitetindən gəlir. Belə insan əsrdə bir dəfə doğulur. O, ata-anasından, ərə getdiyi ailədə belə tərbiyə alıb, görüb-götürüb. Dünyada elə zəngin birinci xanımlar var ki, Mehriban xanımın gördüyü işin on faizini görə bilmir.

____________________________________________________________

Bunlara da bax:
Alman ordusunda döyüşmüş azərbaycanlı ilə söhbət (Audio)
Satıcı: "Veteranların medallarını satmağa gətirənlər çoxalıb"

____________________________________________________________

– UNESCO həm də hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılovanı cəsurluğuna, araşdırmalarına görə mükafatlandırdı. Bu faktı necə dəyərləndirirsiz?

– Mən Xədicə İsmayılovanın şəxsi düşməni deyiləm. Başqa millətdən olsam da, canımı da, qanımı da Azərbaycanıma verməyə hazıram. İnsanda vətən eşqi olmalıdır, milli qürur olmalıdır. Xədicə İsmayılovadan süni qəhrəman yaratmaq istəyirlər. Niyə o təşkilatlar Xədicə İsmayılovaya mükafatlar verirlər, fəxri ad verirlər, qrant ayırırlar? Elə adamlar var ki, Azərbaycan üçün özünü oda-közə vurur, amma Xədicə İsmayılova və ya Leyla Yunus kimi özünü gözə soxa bilmir. Qumarbaz belə oyunda mərd oynamalıdır, uduzanda da kişi kimi uduzmalıdır. Mən belə insanların xaricdə ölkə ilə bağlı yalan məlumatlar verməsini görmüşəm... O hansı işinə, xidmətinə görə mükafat alır?

____________________________________________________________

Bunlara da bax:
Alman ordusunda döyüşmüş azərbaycanlı ilə söhbət (Audio)
«Xəstə» Beynəlxalq Bankın uzunmüddətli müalicəsi
Robotla seks, hətta nigaha girmək mümkün olacaq

____________________________________________________________

Xədicə İsmayıl
Xədicə İsmayıl

– Xədicə İsmayılova prezident ailəsinin qanunsuz biznesi ilə bağlı araşdırmalar aparıb və onun yazdıqlarını indi “Panama Papers” sənədləri də təsdiqləyir. Və təkcə bu deyil. O...

– Onda ən böyük mükafat Panama siyahısını ortaya çıxarana verilməlidir, Putin-in sərvətlərini ortaya çıxarana. Biz bu gün prezidentin ətrafında birləşməliyik, çəkişməməliyik. Prezidentin nə bilim nəyi ortaya çıxarılıb... Prezidentin evi də olar, qəsri də, imarəti də. Prezident adi adam deyil. Prezident Yevda müəllim deyil, bankomatdan aldığı maaşla dolansın. Min cür dərdi var, o problemlərin həlli üçün daha nələr etmir? O dövləti elə razı salır, bu dövləti belə razı salır, xalqın əmin-amanlığını qoruyub saxlayır. Xədicə İsmayılova bilir ki, prezident nələr çəkir? Prezident böyük maliyyə tutumlu layihələri həyata keçirməkdən ötrü kimlərin qoltuğunun altından keçir, kimlərə salam verir, Xədicə İsmayılovanın bundan xəbəri var? Hamımız prezident olmalıyıq? Hamımız oliqarx, milyonçu olmalıyıq? Kimin qismətində var, kim diribaşdır, bizneslə məşğul olar, varlı da olar, sərvəti də olar, kimin də olmaz, bacarığı ilə vətənə xidmət edər. Biz varlı deyilik Azərbaycan vətəndaşı deyilik? Xədicə İsmayılova da diplomlu vətəndaşdır, getsin, vicdanla işləsin, həyatını, ailəsini qursun.

– Amma Xədicə İsmayılova həbsdədir...

– Onu yaxşı tanıyıram. 11 ildir İnsan hüquqları komitəsində müavinəm. Xaricdə olanda demişəm ki, “bu rəqəmləri, bircə dəfə olsun, parlamentdən almısızmı?” Deyiblər ki, “xeyr”. Kimdən, niyə aldıqları məlumdur. Bəs onda biz kimik? İnsan haqlarına birbaşa biz cavabdehik. Əfvə görə analar bizə müraciət edir. Amma bunlar... Belə olmaz, heç olmaz.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun RADİO proqramında (9 may)

Zaqatalada 4 ildi yardım gözləyən zəlzələ qurbanları
Bakı sakinləri veteranların medallarını satışa çıxaranlar haqda nə düşünür

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (9 may)

Leyla Əliyevanın London mülkü - The Mail on Sunday qəzeti fotolar yaydı

XS
SM
MD
LG