Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib.
"Azərxalça" ASC-nin tenderdə qalib elan edib 457 min manat büdcə vəsaitini köçürdüyü şirkətin rəhbəri deyir ki, heç nədən xəbəri yoxdur.
Xarici İşlər Nazirliyinin iki sabiq vəzifəlisi, göyərti satan, taksi sürücüsü və başqa onlarla adamın adına yaradılmış şirkətlər vasitəsilə 2.5 milyonluq yeyintidə suçlanan şəxslərlə bağlı məhkəmə araşdırmaları yekunlaşıb.
"Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri, mərhum Vidadi Muradovla əməkdaşlıq etmiş şirkət rəhbəri deyir ki, o, büdcə vəsaitləri hesabına öz evini təmir etdirmişdi.
2001-2019-cu illərdə Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən 8 il Aparat rəhbəri olmuş Rasim Quliyevin 6 il azadlıqdan məhrum edilməsi istənilib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildə yaranandan 11 il bu quruma rəhbərlik etmiş Vüqar Səfərliyə elə 11 il də həbs cəzası istənilib.
Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaların tikilməsinə ayrılmış vəsaitdən prezidentin keçmiş köməkçisi Əli Həsənovun qohumlarına 1.2 milyon manat pul verildiyi iddia olunur.
Sultanovun vəkilləri məhkəmə araşdırmalarının bitməsinə etiraz edib. Amma sabiq xidmət rəisinin özü prosesin yekunlaşmasını istəyib...
Məhkəmədə mərhum Muradovun vəkili Vüqar Babayev əmlaklar üzərindən həbsin götürülməsini istəyib.
Mustafayev deyir ki, hansı qəzetlərə maliyyə yardımı ayrılması məsələsində də son söz Prezident Administrasiyasının ovaxtkı şöbə müdiri, prezidentin keçmiş köməkçisi Əli Həsənovun olurdu.
KİVDF-nin Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev deyir ki, Fonda faktiki rəhbərlik edən prezidentin keçmiş köməkçisi Əli Həsənov idi.
Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verib.
Davamı