Sultanovun vəkilləri məhkəmə araşdırmalarının bitməsinə etiraz edib. Amma sabiq xidmət rəisinin özü prosesin yekunlaşmasını istəyib...
Məhkəmədə mərhum Muradovun vəkili Vüqar Babayev əmlaklar üzərindən həbsin götürülməsini istəyib.
Mustafayev deyir ki, hansı qəzetlərə maliyyə yardımı ayrılması məsələsində də son söz Prezident Administrasiyasının ovaxtkı şöbə müdiri, prezidentin keçmiş köməkçisi Əli Həsənovun olurdu.
KİVDF-nin Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev deyir ki, Fonda faktiki rəhbərlik edən prezidentin keçmiş köməkçisi Əli Həsənov idi.
Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verib.
"Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı biznes adıyla alıb ələ keçirməkdə suçlanan Səadət Xəlilov deyir ki, dələduzluq ittihamı yalandır.
İddia olunur ki, Fondun restoranlarda keçirdiyi tədbirlər zamanı qonaq sayı və qiymətlər şişirdilib, nəticədə külli miqdarda yeyinti olub.
Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar tikmiş "Portos" şirkətinin prezidentin keçmiş köməkçisi Əli Həsənovun baldızı Gülər Vəliyevaya məxsus olduğu bildirilir.
Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar inşa etmiş "Portos" MMC-nin direktoru olmuş Ədalət Vəliyev deyir ki, heç nədən xəbəri yoxdur. O evlərin necə, neçəyə tikildiyini, təmir olunduğunu bilmir.
Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən üç binadan ikisində 16 milyon 920 min manat yeyintiyə yol verildiyi iddia edilir.
Vəkili deyib ki, Muradovun sağlıq durumu həddindən artıq ağırdır, o, bu vəziyyətdə məhkəmə önündə cavab verə bilməz.
Milli Cinayət Agentliyi bu pulların Britaniyaya qanunsuz yolla gətirildiyini iddia edir.
Davamı