"Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı biznes adıyla alıb ələ keçirməkdə suçlanan Səadət Xəlilov deyir ki, dələduzluq ittihamı yalandır.
İddia olunur ki, Fondun restoranlarda keçirdiyi tədbirlər zamanı qonaq sayı və qiymətlər şişirdilib, nəticədə külli miqdarda yeyinti olub.
Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar tikmiş "Portos" şirkətinin prezidentin keçmiş köməkçisi Əli Həsənovun baldızı Gülər Vəliyevaya məxsus olduğu bildirilir.
Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar inşa etmiş "Portos" MMC-nin direktoru olmuş Ədalət Vəliyev deyir ki, heç nədən xəbəri yoxdur. O evlərin necə, neçəyə tikildiyini, təmir olunduğunu bilmir.
Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən üç binadan ikisində 16 milyon 920 min manat yeyintiyə yol verildiyi iddia edilir.
Vəkili deyib ki, Muradovun sağlıq durumu həddindən artıq ağırdır, o, bu vəziyyətdə məhkəmə önündə cavab verə bilməz.
Milli Cinayət Agentliyi bu pulların Britaniyaya qanunsuz yolla gətirildiyini iddia edir.
Bu vəsaitin deputat Cavanşir Feyziyevin arvadına, oğluna və qardaşı oğluna məxsus bank hesablarında saxlandığı iddia olunur.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov həbsdən buraxılıb.
"Belə çıxır ki, 1995-ci ildən 2003-cü ilin avqust ayına qədər İlham Əliyev qanunsuz fəaliyyətlə məşğul olub".
"Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim".
"FF-2011" tikinti şirkətinin rəhbəri Tamilla İbrahimova deyir ki, paytaxtın mərkəzində təxminən 10 il öncə milyonlarla pul xərcləyib, aldığı torpaq sahəsini indi onun özünün əlindən almaq istəyirlər.
Davamı