Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, cənab Yuşşenko səfərinin ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. 2 günlük səfər zamanı Xəzər neftinin «Bakı-Supsa-Odessa-Brodı-Plotsk» marşrutuyla Avropaya nəqli məsələsi əsas müzakirə mövzusu olacaq
AFFA-nın baş katibi Fuad Əsədovun sözlərinə görə, yığmanın qələbə şansı artsın deyə, fedarasiya 33 minlik stadiona daha çox azarkeş cəlb etmək üçün müxtəlif yollara da əl atıb
2004-cü ildən bu vaxta kimi Konstitusiya Məhkəməsinə 6800-ə yaxın şikayət daxil olduğunu nəzərə asaq, hər 160 şikayətdən ancaq birinin icraata götürüldüyünü görmək olar. Müraciətlərin ancaq kiçik bir qisminə baxılması isə bu məhkəmənin müstəsnalığından irəli gəlir.
Yeni Azərbaycan Partiyasından iqtisadçı Səttar Səfərov: «İnanıram ki, gələcəkdə hətta Rusiya və Türkmənistan da BTC-dən yararlanmaq niyyətinə düşəcəklər». Müsavat Partiyasının divan üzvü Qubad İbadoğlu: «Yaxın 20 ildə təkcə kəmərin özünün işləməsindən 2.5 milyard dolar gəlir əldə olunacaq»
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirir ki, 1996-cı ildə buraxılan 8 milyon özəlləşdirmə payının bu günə kimi ancaq yarısından istifadə olunub
Sabiq nazirin Hüquqlarının Müdafiəsi Komitəsi bəyan edir ki, özü və yaxınları barəsində baş alıb gedən qanunsuzluqlara son qoyulmayacağı təqdirdə Fərhad Əliyev daha radikal addımlar atacağını bildirib
Yığmanın baş məşqçisi Şahin Diniyev: «Azərbaycan futbolçularının bəlası professionallığın olmamasıdır. Peşəkarlıq olmasa, stabillik yaranmayacaq və uğurlar təsadüfi olacaq»
Sinoptiklər növbəti həftədən rayonlarda axşam saatlarında yağışların artacağını, dağlıq və dağətəyi rayonlarda isə hətta yağışların leysanla əvəzlənə biləcəyini bildirirlər
Daxili işlər naziri Ramil Usubov deyir ki, hazırda polisin sayı vəzifələrini yerinə yetirmək baxımından optimal həddədir
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov bildirir ki, bərpa zamanı bütün elektrik xətlərinin yerin altı ilə aparılması qərara alınıb
Ekspertlərin sözlərinə görə, Azərbaycanın potensialı Balkan Yarımadası, Yunanıstan və İtaliyanın qaza olan ehtiyacının bir qismini ödəmək baxımından diqqət cəlb edə bilər
Nəqliyyat nazirliyinin idarə rəisi Kazım Şərifov dəmiryol xətlərinin kənarındakı qanunsuz tikililərlə bacarmadıqlarını deyir
Mütəxəssislərin əksəriyyəti bu sərgini həm də gələcək alıcıların tapılması baxımından önəmli sayırlar
Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov bildirir ki, hazırda 30 manat olan pensiyanın baza hissəsi oktyabr ayından 5 manat artırılacaq
Ramin Musayev: «Təqvimi dəyişdilər, bizi 3 gündən bir oynamağa məcbur etdilər. Hakimlər bizi sıxdı, oyunçularımızı sındırdılar...»
Respublika prokurorluğu Bakı şəhər İcra hakimiyyətinə müraciət edib. Şəhər meriyasının təsərrüfat şöbəsindən isə sözügedən qurğuları yoxlamaq üçün səlahiyyətləri olmadığını bildirirlər
İqtisadçıların fikrincə, Azərbaycan hökumətinin neftdən gələn gəlirlərin böyük hissəsini ölkə iqtisadiyyatına yatırmaq əvəzinə, xaricdəki banklarda faizə qoyması bu gəlirlərin istifadəsi ilə bağlı problemlərin olduğunu göstərir
Məsələylə bağlı Ali Məhkəmnin Plenumundan bildirdilər ki, Samir Hacıyev haqda ömürlük cəza müddətli cəzayla Cinayət Prosesual Məcəlləsininin 347.4 maddəsinə əsasən dəyişdirilib, bu isə istisna haldır
Deputat İqbal Ağazadənin fikrincə, Milli Məclis üzvləri Azərbaycan qadınının ayrıca-xüsusiləşmiş qanuna ehtiyacı olmaması mövqeyindən çıxış edirlər
Amma həm televiziya, həm də futbol mütəxəssisləri arasında yetərincə çoxlu insanlar var ki, oyunları rus və ya türk dilindəki şərhlərlə eşitməyə üstünlük verir
Davamı